VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması aktuallaşıb (audio)

08/07/2009

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə ediləcəyi ilə bağlı məsələ aktuallaşır. Ümidverici notlar Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Dövlət Televiziyasına müsahibəsindən sonra bir qədər də artıb. Prezident bildirib ki, danışıqlar çətin olsa da irəliləyişlər var. “Sazişlər imzalandıqdan dərhal sonra, birinci mərhələdə Ermənistan qoşunlarının beş rayondan çıxarılması nəzərdə tutulur. Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Kəlbəcər və Laçın rayonlarından erməni silahlı qüvvələrinin çıxarılmasını məhz həmin rayonların coğrafi şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin etmək nəzərdə tutulur. Fikrimizcə, bu, kompromis müddətdir və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik tədbirləri təmin edilməlidir ki, hər iki tərəfin sülhsevər xarakterinə heç kəsin şübhəsi olmasın”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu gün danışıqlarda irəliləyiş olduğunu etiraf edib. Nazir Ermənistanla aparılan danışıqları çox vacib adlandırıb. “İki ölkə prezidentinin danışıqları çox vacibdir. Çətinliklər var, ancaq irəliyə gedirik. Həll prosesində çox ləng hərəkət edirik, ancaq hərəkət edirik. Danışıqları davam etdirəcəyik. Qoşunlar Azərbaycan ərazisindən çıxarıldıqdan, ərazilər azad edildikdən, qaçqınlar qayıtdıqdan sonra daha əsas məsələlərin müzakirəsinə başlayacağıq. Danışıqları
bugünkü status-kvoda saxlamaq istəmirik. Ermənistan da başa düşür ki, indiki status-kvoda qalmaq mümkün deyil”, - deyə o qeyd edib.
Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi radiosuna” müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlara toxunulub. Onun fikrincə, 5+2 formatı ilə bağlı yalnız Azərbaycan və Ermənistan prezidentlərinin iyulun ortalarında gözlənilən görüşündən sonra mütləq mənada danışmaq olar.
Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev hesab edir ki, Azərbaycanın torpaqlarının boşaldılması əhəmiyyətlidir. Ancaq bu mərhələlər problemlərə yol açmamalıdır.
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin  “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlarda irəliləyişlərin olmasını mühüm sayır. Onun fikrincə, ərazilərin mərhələlərlə boşaldılaraq bərpa işləri üçün hazırlanması gərəkdir.
Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Lorens Hits isə “Amerikanın səsi” radiosuna bildirib ki, bu il Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasının əsas prinsipləri ilə bağlı çərçivə sazişi imzalana bilər. “Ancaq bu, problemin bütövlükdə həlli deyil. Baza prinsipləri ilə bağlı razılıq ola bilər ki, artıq on ildir bundan danışılır”.
Bununla yanaşı, o bundan öncəki danışıqlardakı kimi hər şeyin son anda pozulacağından ehtiyatlanır. “ATƏT-in Minsk qrupunun həmsədrlərinin və tərəflərin pozitiv çağırışları danışıqlarda irəliləyiş olacağına ümidlər verir. Pozitiv çağırışlar danışıqların müsbət istiqamətdə getdiyini göstərir. Bu il həlledici yay, həlledici il və həlledici vaxtdır. Çox kritik il, həssas an və çoxsaylı gözləntilər var. Arzu edərdik ki, təsirlər nəticə versin. Çünki, çox belə hallar olub. Son anda kimsə siyasi riskə getməyib və beləliklə hər şey pozulub”, - deyə o qeyd edib.


Download Tapdıq Fərhadoğlunun “Münaqişəyə baxışlar” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Münaqişəyə baxışlar” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Almaniyada Berlin divarının dağlımasının 20 illiyi qeyd edilir

  Başqa xəbərlər
Berlin Divarının çöküşünə tarixçi baxışları
Müsəlman ölkələrinin liderləri İstanbulda İslam Konfransı təşkilatının sammitinə toplaşıblar
İsa Qəmbər bələdiyyə seçkiləri və “Yeni Müsavat”ın təsisçiliyindən imtina barədə    Audio Clip Available
İran Azərbaycanla parlamentlərarası əlaqələri genişləndirmək istəyir
Amerikanın səsi radiosunun TürkSat peykindən yayımı bərpa edilib
ABŞ-ın Ali Məhkəməsində azyaşlıların ömürlük həbs cəzası ilə bağlı hökmləri nəzərdən keçirilir
Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb  Audio Clip Available
İranda həbc edilən Amerika vətəndaşlarına qarşı casusluq ittihamı irəli sürülüb
Asiya-Sakit Okean Hövzəsi ölkələrində iqtisadi artım qeydə alınıb
İraqda parlament seçkilərinin yanvarın 21-də keçirilməsi təklif edilib
İndoneziyanın Sumbava adası yaxınlığında zəlzələ baş verib
İran qanunvericisi Rusiyaya xəbərdarlıq edib
Türkiyə Sudan prezidentinin İstanbulda İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməyəcəyini bildirir
İraq parlamenti seçki qanununu qəbul edib
Təbrizli iki siyasi məhbus sərbəst buraxılıb
İran Amerika səfirliyinə hücumun dərslərini hazırda da yaşayır  Audio Clip Available
Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub  Audio Clip Available
Araz Əzimov: Ərazi bütövlüyü ən əsas prinsip kimi tanınır