VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Azərbaycan Xəzərdə təhlükəsizliklə bağlı sənəd hazırlayıb (audio)

08/07/2009

caspian sea map 150.jpgBakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Sammitinin keçiriləcəyi tarix hələ dəqiqləşdirilməyib. Ancaq hazırlıq işləri davam etdirilir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xəzərdə təhlükəsizlik məsələləri ilə bağlı Tehran Sammitində razılıq əldə edilib və Azərbaycan tərəfinə əlaqələndirməni üzərinə götürməsi ilə bağlı müraciət edilib. “Azərbaycan artıq sənəd layihəsi hazırlayaraq tərəflərə təqdim edib. Təkliflər var və sənəd üzərində iş davam etdirilir. Azərbaycan bir dəfə ekspertlər səviyyəsində Bakıda görüş keçirilməsini də təklif edib. Təəssüf ki, bütün tərəflər təklif olunan vaxtla razılaşa bilmədi və indi biz tərəflər üçün yeni məqbul vaxtın tapılması üzərində işləyirik”.
O, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı müxtəlif aspektlər və bu aspektlər üzrə yanaşmalarda da fərqlər olduğunu deyib. “Yanaşmaların yaxınlaşması üzərində iş aparılmalıdır”.
Nazir müavini İranın Xəzərin sahilyanı dövlətlər arasında 20 faizlik pay prinsipi ilə bölünməsi barədə mövqeyində dəyişiklik varmı? - sualının cavabında deyib ki, belə bölgü prinsipi ümumiyyətlə danışıqların mövzusu olmayıb.
Cənab Xələfov Türkmənistanla danışıqların ikitərəfli formatda davam etdiriləcəyini deyib. “Danışıqlar mexanizmi mövcuddur. Mütəmadi görüşlər keçirilir. Növbəti görüşün keçirilməsi gündəlikdədir”.
Onun sözlərinə görə, iki dövlət hələ ikitərəfli sənəd üzərində işləmir. “Ancaq müzakirə edilən məsələlərin aspektləri və elementləri var. Bunların üzərində ardıcıl iş aparılır. Aspektlər üzrə fikirlər yaxınlaşarsa, razılıq əldə edilərsə, sənəd imzalana bilər”.
Nazir müavini iki dövlət arasında mübahisə mövzusu olan Kəpəz yatağı üzrə razılıq barədə sualın cavabında deyib ki, danışıqlar yataqlar üzrə deyil, bölgü üzrə aparılır. “Bölgünü aparmaq üçün ilk öncə koordinatlar və prinsiplər müəyyən edilməlidir. Bunun ətrafında danışıqlar davam edir”.
O, İranla da ikitərəfli danışıqların davam etdirildiyini bildirib. “Burada söhbət irəliləyişdən getmir. İranla Azərbaycan arasında mütəmadi fəaliyyət göstərən danışıqlar mexanizmi var. Hər iki tərəfin problemi həll etmək üçün iradəsi var. Bu istiqamətdə məsləhətləşmələr davam etdirilir”.
Cənab Xələvov Xəzərdə gözlənilən mümkün təhlükələrlə bağlı sualın cavabında deyib ki, burada tək Azərbaycan üçün gözlənilən təhlükələrdən söhbət gedə bilməz. “Xəzərdə ümumi regional təhlükəsizlik məsələlərindən söhbət gedə bilər. Bu istiqamətdə bütün Xəzəryanı dövlətlər əməkdaşlıq yaratmaqda israrlıdır. Prezident Medvedyevin Azərbaycana son səfəri zamanı razılıq əldə edilib ki, Xəzəryanı dövlətlər yeni çağırışlar və təhlükələrlə mübarizə üzrə səylərini birləşdirsin, bu istiqamətdə əməkdaşlığı genişləndirsin. Eyni zamanda, Rusiya və Azərbaycan arasında bu istiqamət üzrə qarşılıqlı fəaliyyət göstərmək üzrə iradə var”.


Download Tapdıq Fərhadoğlunun Xələf Xələfovla müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun Xələf Xələfovla müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Pakistan keçən il Mumbaydakı terror hücumunda əli olan 7 nəfərə hökm çıxarıb

  Başqa xəbərlər
Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftə açıqlayacaq
Təbrizdə iki tələbə tutuldu, üç tələbə mühakimə olundu
Son zamanlar Iranda çox sayda tələbənin həbs edildiyi bildirilir
Harayın qonağı Fazil Mustafa: İranda tətbiq olunan prinsiplər müasir dünyanın tələblərinə uyğun gəlmir
Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir  Audio Clip Available
Mahmud Əhmədinejad Venesueladadır
Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir
Cundullanın 7 üzvü həbs edilib
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir