VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ Mətbuatı: Gürcüstan müharibənin ildönümündə

10/08/2009
Ötən həftə Rusiya Gürcüstan müharibəsinin ildönümündə Gürcüstan prezidenti Mixail Saakaşvili Washington Postda məqalə ilə çıxış edib.  Onun yazdığına görə Rusiyanın azğın davranışına və ciddi cəhdlərinə baxmayaraq Gürcüstan müharibənin nəticələrini aradan qaldıraraq dirçəlməkdədir:  “Müharibədə bizim 410 vətəndaşımız öldürülüdü və 1700 adam yaralandı.  Demək olar ki, 130 min adam evlərindən didərgin düşdü.  Bağlanmış atəşkəs razılığının ziddinə olaraq Abxaziya və Cənubi Osetiyada Rusiya 10 min əsgər saxlayır.”

Lakin bütün bunlara baxmayaraq Gürcüstanda yenidənqurma işləri gedir.   Saakaşvilinin sözlərinə görə demokratik Gürcüstanın inkişafı Rusiyanı hiddətləndirir və şimal nəhəngi bütün regiona təhlükə törədir.  2003-cü il Qızılgül inqilabından bəri hakimiyətə gələn qüvvələr büsbütün korrupsiyaya uğramış, dağınıq bir sistemi müasir, Qərblə müttəfiq, Avropa standardlarına uyğun dövlətlə əvəzlədi.  Saakaşvili Gürcüstanın hazırda regiona model dövlət olduğunu bildirərək Rusiyanın hər vəchlə demokratik təcrübəyə son qoymağa cəhd etdiyini yazır.  Məhz bunu nəticəsi olaraq Rusiya Gürcüstanın separatçı regionlarını ilhaq edib.  Lakin Tbilisi bundan sonra Rusiyanın təxribatlarına uymaq niyyətində deyil, deyə Saakaşvili bildirir.  O, ümid etdiyini yazır ki, demokratik Qərb ictimaiyyətinin, ələlxüsus ABŞ və Avropa Birliyinin yardımı ilə Gürcüstan dirçəlməkdə davam edəcək.  

Avqustun 7-də Postda məqalə ilə çıxış edən Demokrat Konqresmen Hovard Berman da Mixail Saakaşvilinin hədəflərini bölüşdüyünü bildirir.  O, Obama administrasiyasının və təmsil etdiyi Konqresin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edir.  Eyni zamanda Berman Gürcüstanın demokratik göstəricilərindən qismən nazarı olduğunu dilə gətirir.  Onu sözlərinə görə islahatlar Gürcüstanda ədalətli demokratik prosesin təminatına, müstəqil ədliyyə sisteminin yaranmasına və insan hüquqlarına hörmət edilməsinə əlverişli şərait yaratmalıdır.  Onun sözlərinə görə bu islahatalar həqiqi və köklü tədbirlər olmalıdır.  Berman inandığını yazır ki, Saakaşvili ABŞ-ın Gürcüstandan gözləntilərini anlayır və bunları həyata keçirmək yönümündə çalışacaq.   

Müxalifətdə olan Vahid Gürcüstan Demokratik Hərəkatının lideri Nino Burcanadze Saakaşvilinin məqaləsinə cavab olaraq Washington Posta yazdığı məktubda hökumət adamlarının onun tərəfdarlarını oğurladıqlarını və işgəncə verdiklərini yazır.  Burcadanze deyir ki, ABŞ vitse prezidenti Co Baydenin səfərindən cəmi bir neçə gün sonra uniformalı adamlar bu əməli həyata keçiriblər.  Müxalifət liderinin sözlərinə görə Gürcüstanda demokratiyanın həqiqi vəziyyətini öyrənmək üçün Gürcüstan prezidentinin yazdıqlarına deyil, Freedom House-un son hesabatına istinad etmək daha faydalı olardı.  Həmin hesabata əsasən Gürcüstanda demokratiyanın vəziyyəti son il ərzində geriləyib.  


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available