VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ Mətbuatı: Rusiya sabitsizlik girdabında

12/08/2009
Abxaziyaya etdiyi qəfil səfərində Rusiya baş naziri Vladimir Putin Moskvanın dəstəklədiyi separatçı regionun müdafiəsini gücləndirmək üçün yarım milyard dollar ayıracağına söz verdi.  Washington Post qəzetinin yazdığına görə son günlər Gürcüstanın separatçə bölgələrlə sərhədində gərginliklər artmaqdadır.  Abxaz müxbirləri ilə müsahibəsində ötən ilin müharibəsinin təkrar oluna biləcəyi haqda sualı cavablandıran Putin deyib: “Gürcüstanın indiki rəhbərliyi ilə heç nəyi istisna etmək olmaz.”

Suxumiyə vertolyotda gələn Putin bildirib ki, Rusiya 2010-cu ildə Abxaziyanın müdafiə imkanlarının gücləndirmək üçün 15-16 milyard rubl ayırmağı nəzərdən keçirir.  “Biz müasir sərhəd müdafiəsi inşa etmək üçün əlaqədar abxaz strukturları ilə iş aparacağıq,” deyə o, bildirib.  Onun sözlərinə görə  bu, Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə təminat xarakteri daşıyır. 

Nikaraquanı çıxmaq şərtilə dünyanın yerdə qalan hissəsi separatçı regionları Gürcüstanın tərkib hissəsi kimi tanıyır.  Putinin istirahət etdiyi Qara Dəniz limanı Soçidən Abxaziyaya gəlişi Rusiyanın regionda genişlənən mövcudiyyətinə işarədir.  Washington Post müxbirinin yazdığına görə Suxumi küçələrində arabir Rusiya ilə Abxaziyanın dostluğuu tərənnüm edən şüarlara rast gəlinir.  Putin Abxaziyada olduğu müddətdə 1992-93 müharibəsi zamanı həlak olanların dəfn edildiyi məzarlığı ziyarət etməyi və doğum evinə getməyi planlaşdırır. 

Bu arada Rusiyanın cənub bölgələrində siyasi motivli qətl hallarının sayı artmaqda davam edir.  New York Times-da nəşr edilən reportajda Çeçenistanda “Nəsli Xilas Edək” adlı yardım qrupunun rəhbəri Zarema Sadulayeva və əri Alik Cəbrayılovun oğrulanaraq öldürülməsindən bəhs edilir.  Memorial insan hüquqları qrupunun rəsmisi deyir ki, Zarema Sadullayeva və ərinin cəsədləri çərşənbə axşamı Çeçenistan paytaxtı Qroznı yaxınlığında tapılıb.  Sadullayeva müharibənin viran qoyduğu Çeçenistanda dağıntılardan ziyan çəkən uşaqlara köməklik edirdi. 

Son qətllər Kremlin təyinatı ilə Çeçenistanı idarə edən Ramzan Kadırova beybəlxalq diqqəti bir qədər də artırıb.  İnsanların mütəmadi olaraq oğurlanaraq qətlə yetirildiyi Çeçenistanda Kadırov qəddarlığı və özbaşınalığı ilə ad çıxarıb.  Lakin Qroznıda çıxış edən çeçen lideri bu qətl aktını pisləyib.  Onu sözlərinə görə bu aktın qurbanları həyatlarını imkansız adamlara kömək etməyə həsr etmiş insanlar olub.  Kadırov qətli Çeçen cəmiyyətini intimidasiya etməyə yönəldiyini bildirib.  Kadırov hazırda beynəlxalq ictimaiyyət və insan hüquqları müdafiəçilərinin tənqidləri ilə üzləşir.  Bu yaxınlarda Azadlıq radiosuna verdiyi müsahibədə Çeçenistan prezidenti insan hüquqları fəalı Natlaya Estemirovanın qətlindən də təəssüfləndiyini bildirmişdi.  Lakin eyni müsahibədə o, mərhumda şərəf və xəcalət hissinin olmadığını söyləmişdi.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available