VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Mətbuat İcmalı: İranda siyasi məhbuslara qarşı işgəncə iddiaları (audio)


14/08/2009
Front pages of some of Monday's British newspapers, focusing on killings of two British soldiers in Northern Ireland, (9 March 2009)
Dünya mətbuatının yazdığına görə, İranda son hadisələr ölkədə sistem daxili yeni siyasi böhrana gətirib çıxara bilər.


“Reuters”

Reuters xəbər agentliyi İranın dövlət radiosuna istinadən bildirir ki, ölkənin sərt-xətt tərəfdarı mühafizəkar ruhanisi mübahisəli 12 iyun prezident seçkilərindən sonra nəzarət altına alınanların sərbəst buraxılması üçün Qərbin təzyiqlərinə müqavimət göstərmək üçün məhkəmə keçirilməsinə çağırıb. “İranlılar sərt və düşünülmüş addımlar atılmasını və Qərbin təzyiqlərinə güzəştə gedilməməsini gözləyir ”- deyə Əhməd Xatəmiyə istinad edilən yazıda bildirilir.

“New York Times”

[insert caption here]“New York Times” qəzeti isə yazır ki, Tehran Universitetində cümə xütbəsində Əhməd Xatəmi  söyləyib ki, Britaniya və digər  bəzi dövlətlərin Tehrandakı səfirliklərinin seçkilərdən sonrakı etiraz nümayişlərində əli olub. Qəzet Əhməd Xatəminin İranın güc sahibi olan 86 nəfər ruhanidən ibarət Ali Dini Şuranın üzvü olduğunu xatırladır. Məqalədə  deyilir ki, Mehdi Kərrubi həbs olunanların həbsxanada işəncələrə məruz qalaraq ölməsi iddiasını irəli sürüb. O habelə, öz internet səhifəsində Tehranın Kəhrizək həbsxanasında qadın və kişi məhbusların zorlandığını iddia edib. Rəsmiləri isə bu iddiaları əsassız adlandıraraq rədd edir”. “New York Times” yazır ki, Kərrubinin tənqid atəşi ilə yanaşı digər məğlub namizəd Mir Hüseyn Musəvi və sabiq prezident Məhəmməd Xatəmi də sərt-xətt tərəfdarlarına əsəbidirlər. Məqalədə habelə deyilir ki, İnqilab Şurasının siyasi məsələlər üzrə rəhbəri Yadulla Cavani də bu 3 islahatçını iğtişaşları qızışdırmaqda ittiham edərək onların həbsinə çağırır.

“Washington Post”

“Washington Post”-un “İslahatçılar İran Ali liderinin istintaqa cəlb olunmasına çağırır” başlıqlı məqaləsində deyilir: “Bir qrup islahatçı sabiq qanunverici İranın ən nüfuzlu ruhani qurumu Ali Dİni Şuraya müraciət edərək ali dini rəhbər Ayətulla Əli Xameneyinin seçkilərin qanuni hesab olunması barədə qərar vermə səlahiyyətinin olub-olmamasını araşdırılmasına çağırıb.” Qəzet bu çağırışın məhbusların işgəncələrə məruz qalmasına dair iddiaların mühafizəkarlar tərəfindən  məhkum edilməsi ilə eyni vaxta təsadüf etdiyini yazır. Məqalədə deyilir ki, bütün ölkə boyu sərt-xətt tərəfdarı ruhanilər islahatçı lider Mehdi Kərrubinin həbsxanalarla bağlı  iddialarına görə həbsinə çağırır.

Front pages of local newspapers, New York, 04 Oct 2008
“Guardian”


Böyük Britaniyanın “Guardian” qəzeti isə xüsusilə Mehdi Kərrubinin dünənki iddialarına yer verir. Qəzet yazır ki, Seçkilərdə 3-cü yeri tutmuş Kərrubi İrandakı məhbəsi İraqdakı Əbu Qreyb həbsxanası ilə müqayisə edib. Mark Tran tərəfindən yazılan məqalədə deyilir ki, BMT-nin Cenevrədəki İnsan Haqlar Komitəsnin təyin etdiyi müstəqil təhqiqatçı Manfred Novak iğtitşaşlardan sonra həbs edilən iranlı nümayişçilərlə  məhbəsdə pis rəftar olunduğuna dair əsaslı iddialar əldə etdiyini bildirib.

“Los-Angeles Times”


“Los-Angeles Times” İran qanuni sisteminin yeni tənqidlər dalğasına məruz qaldığını yazır. Borzu Daraqahinin Beyrutdan göndərdiyi reportajda deyilir ki, məhbuslarla kobud rəftar, televiziya ilə nümayiş etdirilən məhkəmə etirafları bu tənqid dalğasının qaynağıdır. Məqalədə həmçinin yazıldığına görə, rəsmilər 24 yaşlı fransız əsilli Klitold ReisinTehrandakı Fransa səfirliyinə təhvil verilməsinə işarə ediblər.

“Associated Press”

“Associated Press” isə yazır ki, İranın müxalifət lideri  Mehdi Kərrubi deyir ki, o, məhbusların ifadələrini alıb və onlar həbsdə olan zaman onlara qarşı kobud rəftar olunub və bu məhbuslar digərlərinin işgəncələrə məruz qalaraq öldüyünün şahidi olub. Agentlik bu iddiaların ruhani liderlər tərəfindən tənqid atəşinə məruz qaldığını da oxucularının diqqətinə çatdırır.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Pakistan keçən il Mumbaydakı terror hücumunda əli olan 7 nəfərə hökm çıxarıb

  Başqa xəbərlər
Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir  Audio Clip Available
Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir
Cundullanın 7 üzvünü həbs edilib
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir