VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
ABŞ Mətbuatı: İranda siyasi qarşıdurma güclənir

17/08/2009
İranda ali dini rəhbərin vəzifədən çıxarılışına dair çağırışlar həmin ölkədə seçkisonrası baş qaldırmış etiraz dalğasının növbəti fəsli hesab oluna bilər.  New York Times qəzetiin yazdığına görə adlarının gizli saxlanmasını istəyən bir qrup İran ruhanisi Ayətulla Əli Xameneyini diktator adlandıran və onun kənarlaşdırmasna səsləyən məktub ünvanlayıblar.  Ötən həftə bir qrup sabiq qanunverici də ali dini rəhbərin vəzifəyə yararlı olmasını sual altına alan məktub yazmışdılar.  Bir gün öncə isə tənqidləri cavablandırmaq üçün Ayətulla Xameneyini vəzifəsindən azad etmək səlahiyyətinə malik olan qüdrətli dövlət təsissatı fövqəladə iclas keçirib.  

New York Times qəzetinin yazdığına görə bu məktublar Xameneyinin mövqeyinə təhlükə törətmir.  Belə ki, ali dini rəhbər təhlükəsizlik xidmətlərinin və siyasi elitanın dəstəyinə malikdir.  Ruhani təsissatı ondan çox asılıdır və bu qurumun heç bir üzvü açıq şəkildə Xameneyiyə qarşı çıxmağa cürət edə bilməz.  

Bununla belə son yazılı hücumlar qüdrətli tabunun qismən aradan qalxdığına işarədir.  Uzun müddət heç kim tərəfindən sual altına alınmayan Ayətulla Xameneyinin neytral arbitr kimi imici vətəndaşların saxta qiymətləndirdiyi seçkilərin nəticələrinə xeyir-dua verdikdən sonra zədələnib.  Küçə nümayişlərinin ardınca vüsət alan sərt repressiyalar ona qarşı qəzəbi bir az da gücləndirdi.  Son günlərdə “Xameneyiyə Ölüm!” ifadələri qraffiti şəklində divarlarda peyda olmağa başlayıb.  Cəmi bir neçə həftə əvvəl bu növ ifadənin dilə gətirilməsi ağlasığmaz hesab edilərdi.   

Xameneyiyə məktub yazan ruhanilər açıq şəkildə qorxularından məktubda adlarını açıqlaya bilmədiklərini deyirlər.  Onların sözlərinə görə ölkədə elə bir diktatura mövcuddur ki, din müdafiəçiləri təqiyyəyə  üz tutmalı olublar.  Şiə ayinlərinə əsasən təqiyyə təcili məqsədlər üçün yalan danışmaq və ya həqiqəti gizlətmək anlamına gəlir.  Keçmiş qanunverici və hazırda Bostondakı  Massaçustes Universitetində qonaq mühazirəçi kimi çalışan Fatimə Həqiqətcu məktubun müəllifləri ilə danışdığını söyləyir.  Onun bildirdiyinə görə ali dini rəhbəri tənqid etməklə məktub rejimə qarşı etiraz hərəkatını bir addım irəli aparmış olur.

Bu arada İranda hakimiyyət orqanları Mir Hüseyn Musəvi tərəfdarlarından ibarət növbəti qrupu məhkəmə qarşısına çıxarıblar.  Washington Post qəzetinin yazdığına görə müttəhimlərin  məhkəmə zalında verdikləri ifadələr əgər həbs olunarsa, Musəviyə qarşı istintaq materiallarının tərkib hissəsinə çevrilə bilər.  İctimai etiraflar müxalifət tərəfindən sərt tənqidlərə tuş gəlib.  Belə ki, onlar bu etirafların güc tətbiq edilməsi nəticəsində əldə olunduğunu deyirlər.  İLNA xəbər agentliyinin məlumatına görə şənbə günü həkimlərlə görüşən Musəvi məhkəmələrin başlıca məqsədinin əsassız illuziyanı sübutə yetirmək olduğunu deyib.  Biri İran yəhudisi olmaqla 28 müttəhmin əksəriyyəti dünən məhkəmə zalına gətirilib.  Müxalifət liderləri özləri mühakimə edilmirlər, lakin müttəhimlərin ifadələri  iğtişaşların təşkilatçıları kimi onların adlarını hallandırır.  Əhmədinejad tərəfdarları seçkisonrası iğtişaşları xarici qüvələrin iran rejimini devrimək planı kimi dəyərləndirir.  Bazar günü keçirilən məhkəmə prosesində bir çox etiraflar Musəvini birbaşa iğtişaşla əlaqələndirib.  22 yaşlı Qulamrza Alsani məhkəmə zalında Musəviyə ünvanlanmış ifadəsində sabiq prezidentliyə namizədi xalqı hökumətə qarşı qaldırmaqda, qanun pozuntularına sövq etməkdə və inqilabın rəhbərini kədərləndirməkdə günahlandırıb.  Məhkəmə prosesini translyasiya edən dövlət televiziyasında iğtişaşların videoları nümayiş etdirilib.  Son həftələrdə repressiyaların, mətbuata və ictimai toplantılara qoyulan məhdudiyyətlərin fonunda Əhmədinejadın qələbəsinə qarşı olan etiraz dalğası səngiməkdədir.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstan müharibəsinı müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
İranda ən çox satılan qəzet bağlanıb
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available