VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
45 dildə xəbərlər
Azərbaycan humanitar təşkilatlar üçün xoş ölkədir

19/08/2009

Bu gün BMT Baş Məclisi tərəfindən elan olunmuş ilk Dünya Humanitar günüdür.
BMT-nin baş katibi Pan Gi Munun Humanitar günü münasibəti ilə müraciətində deyilir ki,  bu, bizim harada olmasından asılı olmayaraq zəif, fağır və hüquqlardan məhrum edilmiş insanlara yardım etmək üçün götürdüyümüz öhdəliyi yenidən nəzərdən keçirdiyimiz bir gündür. “Bu, humanitar cəmiyyətin davamlı missiyasıdır”.
Baş katibi hesab edir ki, bu həm də BMT-nin qəhrəman humanitar heyətinin əməyinə ən yüksək qiymətin verildiyi bir gündür. “Bu tarix BMT-nin Bağdaddakı qərargahına hücum nəticəsində böyük ictimai xadim, özünü insanlara xidmətə həsr etmiş Serxio Vyera de Mellon ilə birlikdə öz işinə sadiq 22 qadın və kişinin ölümü ilə nəticələnən hadisənin ildönümünün qeyd edilməsidir. Biz onların irsindən ilham almağa davam edirik və irəliyə addımlamaqda qərarlıyıq”.
Azərbaycanda son 18 ildə çoxsaylı humanitar təşkilatlar fəaliyyət göstərib. Dünya ictimaiyyətinin humanitar yardımları yüz minlərlə insanın həyatında mühüm rol oynayıb. Beynəlxalq humanitar təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində  qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox insana, o cümlədən müharibə qurbanlarına yardım edib. Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan humanitar təşkilatlar üçün xoş ölkədir. Belə ki, həm Azərbaycan xalqı,  həm də Azərbaycan hakimiyyəti humanitar təşkilatlarla mehriban münasibətdə olub. “İndiyədək Azərbaycanda hər hansı humanitar təşkilat, onun əməkdaşı fiziki və ya mənəvi təzyiqə məruz qalmayıb. Humanitar təşkilatlar həm xalqla, həm də hökumətlə birbaşa münasibətlər qurub”.
Ekspertin dediyinə görə, artıq Azərbaycan humanitar yardımlardan iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. “İndi Azərbaycan hökuməti  və xalqı fəlakətlə üz-üzə olan xalqlara yardım əli uzadır”.
Bununla yanaşı, cənab Həsənov bəzi dini fəaliyyətlə məşğul olan və ya kilsələrin təsis etdiyi humanitar təşkilatların Azərbaycan tərəfindən qəbul edilmədiyini bildirib.  
 




Download Tapdıq Fərhadoğlunun Əvəz Həsənovla müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun Əvəz Həsənovla müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Ukraynalılar Viktor Yanukoviçin qələbəsini qəbul edib-etmədiyini Yuliya Timoşenkonun özündən eşitmək istəyirlər

  Başqa xəbərlər
Hikmət Hacızadə: Senzura yoxdur, tənqidi yazının sonluğu da bəlli deyil    Audio Clip Available
Bakı şəhəri bir neçə saat işıqsız qalıb
İran uranı yüksək səviyyədə zənginləşdirməyə başlayıb
İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
Rusiyanın baş generalı ABŞ-ın raket əleyhinə planını ölkəsinə təhlükə kimi qiymətləndirir
Birləşmiş Ştatların paytaxtında ikinci çovğun gözlənilir
NATO Helmənd vilayətinin sakinlərini hərbi əməliyyatlara müdaxilə etməməyə çağırır
Sudan və Çad düşmənçiliyə son qoymaq barədə razılığa gəlib
BMT-nin xüsusi nümayəndəsi Şimali Koreyadadır
Əl-Qaidə ABŞ-ın maraqlarına qarşı hücumlarla hədələyir
Pakistan polisi mehmanxanaya hücum planının üstünü açıb
Ukrayna seçkiləri Azərbaycanla münasibətlərə təsir etməyəcək  Audio Clip Available
İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib
İran yeni hava müdafiəsi sistemi quraşdırdığını deyir
NATO Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı əməliyyatlara hazırlaşır
İran uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini bildirib
Riçard Holbruk: 'ABŞ Talibanla birbaşa danışıqlar aparmır'
ABŞ maliyyə naziri iqtisadiyyat barədə nikbindir
İraq şiələri Bəs rejiminə qarşı nümayişlər keçirib
Nepalda vitse-prezident vəzifəsinə bərpa olundu
Ukraynada prezident seçkiləri keçirilir
İranda Fərda Radiosu ilə əlaqəli yeddi adam həbs edilib
Ukraynada keçirilən prezident seçkilərinin nəticələri Viktor Yanukoviçin qələbə çaldığını göstərir
Mahmud Əhmədinejad uranın yüksək səviyyədə zənginləşdirilməsinə göstəriş verib
ABŞ-ın şimal-şərq bölgələrini qar tufanları bürüyüb
Robert Geyts: İran beynəlxalq ictimaiyyətin təkliflərini qəbul etməkdə ciddirsə, bunu tez zamanda nümayiş etdirməlidir
İran yeni iki raketin istehsalına başlandığını elan edib
İraq militantları itkin düşmüş amerikalının göstərildiyi videonu nümayiş etdirib
Əfqanıstanın sərhəd polisi səhv olaraq 7 mülki vətəndaşı güllə ilə vurub öldürüb
Şimali Koreya missioneri azad buraxacaq
Kəraçidə iki partlayış onlarla adam öldürüb
Rumıniyada anti-raket sistemi yerləşdiriləcək
ABŞ-da işsizlik 9.7 faizə düşüb
Dinləyici məktubları
Şimali İrlandiyada mühüm razılıq əldə olunub
Almaniya - Azərbaycan əməkdaşlığı müzakirə edilib
Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'
Azərbaycanda baş redaktor məhkum edilib