Bu gün sizə Azərbaycanda İngilis
Dilinin tədrisi barədə məlumat verəcəyik.Rəqsanə Məmmədova İngilis Dili Müəllimləri Assosiasiyasının icraçı
direktorudur. O deyir ki, assosiasiyanın əsas məqsədi Azərbaycanda İngilis
dilinin tədrisi metodlarına yeni fikirlər, yeni təşəbbüslər gətirməkdir. Bu
missiya əsasən müəllimlər üçün ənənəvi konfranslar vasitəsilə həyata keçirilir.
Bu konfranslara beynəlxalq aləmdə tanınmış adamlar dəvət olunur. Bundan əlavə
beynəlxalq konfranslara qatıla bilməyən ucqar ərazilərdən olan müəllimlər üçün
regional konfranslar təşkil edilir.
Rəqsanə Məmmədova deyir ki, Azərbaycan
yeni müstəqillik əldə etdiyi üçün müəllimlər əsasən İngilis dilinin ünsiyyət
yolu ilə tədrisi bacarığına malik deyillər: “Bu, bir nömrəli məsələdir. Onlar ünsiyyət
yolu ilə tədrisə üstünlük verən yeni kitablarla işləmək üçün treyning keçməlidirlər.
Çünki hələ də bir çox müəllim ənənəvi qrammatika metodlu kitablardan istifadə
edir”.
Xanım Məmmədova hesab edir ki, tələbələr
əsasən yeni nəslin nümayəndəsidir və ona görə də bu, çox köhnə metoddur. Azərbaycanda
gənc nəslin internetə daha çox çıxışı var və onlar daha çox peyk vasitəsilə
beynəlxalq telekanallara baxırlar.
Twitter və Facebook kimi sosial
mətbuatdan da söhbət açan Rəqsənə Məmmədova deyir ki, bir çox müəllimlərin
internetə çıxışı və kompüterdə işləmək bacarığı yoxdur. Evdə internetə çıxış
olmayan gənclər internet kafelərə gedir. Assosiasiya prezidentinin sözlərinə
görə isə, bəzən mentalitet səbəbilə müəllimlər internet kafelərə getmir. Ancaq
onlar tələbələrə ingilis dilinin inkişaf edəcək yardım göstərəcək veb saytlar
adreslərindən istifadəyə ruhlandırır.
20 ildir ingilis dilinin tədrisi
ilə məşğul olan xanım Məmmədova bu illər ərzində baş vermiş dəyişiklərdən
danışır: “Əsas müsbət dəyişiklik ondan ibarətdir ki, indi ingilis dili
müəllimləri ilə yanaşı, digər fənlər üzrə müəllimlər də ünsiyyət üstünlük verən
tədrisi başa düşürlər. Əvvəllər onlar İngilisi dili dərslərini səs-küylü
olmasından şikayətlənirdilər”.
20 ildə baş vermiş mənfi dəyişikliyi də qeyd edən Rəqsanə Məmmədova tələbələrin
məsuliyyətinin azaldığını bildirib. O deyir ki, bu, Sovet İttifaqı dövründə ya
təhsilin güclülüyü ya da pulsuz olması ilə bağlı idi. Müəllimə təhsilə qoyulan
yatırımın ən güclü investisiya olduğunu bildirir.