VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Ərdəbililli siyasi fəalların həbsi yuxarı məhkəmə tərəfindən təstiq edilib

11/09/2009

[insert caption here]
Ərdəbildə ikinci instansiya məhkəməsi beş iranlı Türkü həbs cəzasına məhkum etdi. Bu həbs hökmü bu gün onların Tehrandakı vəkilinə bildirildi.

Bu xəbəri onların vəkili Məhəmməd Riza Fəqihi  Amerikanın səsinin müxbirinə verdiyi  müsahibədə dedi.

Ərdəbilin Təcdidi Nəzər yəniapelyasiya məhkəməsinin 7-inci şöbəsi Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Gulami, Hüseyn Hüseyniyə Mehmandar,və Ərdəşir Kəriminin, hərbirini bir il zindana məhkum etdi.

Əsgər Əkbərzadə,Ərdəbilli digər siyasi fəal isə aşağı məhkəmənin ona verdiyi 5 il həbs və sürgün cəzasına etiraz olaraq  müraciət edlədiyi 6-cı Təcdidi Nəzər Şöbəsinin qərarını gözləyir.

Bu altı Ərdəbilli siyasifəal, 16 ay əvvəl tutulmuşdular. İran Azərbaycanından aldığımız xəbərlərə görə o zaman onları20 gün bir nəfərlik hücrələrdə saxlamışdılar. Bu müddətdə, onlara  nəyinki ruhi  işkəncə,ağır cismi işkəncələr də vermişdilər. Türkiyədəyaşıyan, Azərbaycanlı Siyasi Məhbusları Müdafiyə KomitəsininsözçüsüYaşar Hakkakpurundediyinə  görə Hüseyn Hüseyniye Mehmandar və Behruz Əlizadə  ağır işkəncələr nəticəsindəxuşlarını itiriblər. Yaşar Hakkakpur əlavə edir ki, həmin işkəncələr altında Azərbaycanlı fəallardan etiraf alıblar.

Fəalların vəkili Məhəmməd Riza Fəqihi deyir: Onları bir siyasi yazını yayanda tutublar. Vəkilin dediyinə görə onlara qarşı ən ağır ittihamlar“Nizamın ziddinə təbliğat aparmaq” və “Yalan məlumat yaymaq” ittihamları olabilərdi. Amma təəssüflər olsun ki, Azərbaycanlı fəallara qarşı başqa ittihamlar da irəli  sürülüb. Həmin iki ittihamlara əlavə olaraq onlar  “qeyri qanuni qrupa üzv olmaq” və “Nizamın əmniyyətini pozmaq”la da ittiham olunublar.

İttilatın bu ittihamları əsasında oların beşini də həm ümumi məhkəməyə və həm də İnqilab məhkəməsinə veriblər. İnqilab Məhkəməsinin Birinci Şöbəsinin hakimi Həsənzadə, onların hər birini 5 il zindana məhkum edib.

Əldə etdiyimiz məlumatlara görə Azərbaycanlı fəalların vəkili bir insan haqlarını müdafiyə qrupu tərəfindən göndərilib. Hakkakpur deyir ki, amma o vəkil, təzyiqlər altında, həminmühakimə prosesinin ortasında fəalları təmsil etməkdən imtina edərək  məhkəməni tərk etmişdi və bunun nəticəsindəonlar vəkilsiz qalmışdılar.  Onların hərbiri 5 ilə məhkum olmuşdu. Onlar sonralar Fəqihini vəkilliyə cəlb etmişdilər.

Əsgər Əkbərzadə və Fəqihi onun da 5 il həbs hökmünə etiraz veriblər. Amma onun məhkəmə işi Təcdidi Nəzərin 6-cı şöbəsindədir və hələ onun üçün son qərar çıxmayıb. Vəkili ümid edir ki, Əkbərzadə haqqıhda 5 illik həbs və sürgün hökmüaradan götürülsün.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir