Gələn həftə ABŞ qanunvericiləri tərəfindən səhiyyə islahatları qanununu təqdim edilməlidir
13/09/2009
Gələn həftə ABŞ qanunvericiləri demokrat
və respublikaçıları razı salacağı ümidi ilə səhiyyə islahatları qanununu təqdim
etməlidir. Senatın Maliyyə Komitəsi qanun layihəsinin müxtəlif variantları ilə bağlı
müzakirələr keçirir. Lakin respublikaçılar qanun layihəsinin hər iki partiya
tərəfindən dəstəklənməsini istəyir.
Keçən həftə ABŞ prezidenti Barak Obama
Konqres qarşısında 900 milyard dollarlıq təkliflərini açılamışdı. Həmin
təkliflərə özəl sığorta şirkətləri ilə rəqabət apara bilən hökumətin sığorta
proqramı da daxildir. Respublikaçılar prezidentin çıxışının çox az kompomiz vəd
etdiyini deyirlər.