VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
ABŞ Mətbuatı: Obama administrasiyası və anti-raket sistemi

18/09/2009
ABŞ prezidenti Barak Obamanın Mərkəzi Avropada yerləşdirilməsi nəzərdə tutulan anti-raket sistemini ləğv etməsi həm Amerika daxilində həm də beynəlxalq ictimaiyyətdə geniş debata təkan verib.  Bəziləri anti-raket sisteminin qeyri-effektiv olduğunu deyərək addımın düzgün olduğunu deyir, başqaları isə Obamanın Rusiyaya lüzumsuz güzəştə getdiyini israr edirlər.

New York Times qəzetinin baş məqaləsində Prezident Obamanın sabiq prezident Corc Buşun Polşa və Çex Respublikasında anti-raket sistemləri  yerləşdirmək planını ləğv etməsini strateji baxımdan korrekt seçim kimi dəyərləndirir.  Baş məqaləə deyilir ki, cənab Buşun planı 3 cəhətdən yanlış idi.  Əvvəla bu sistemin effektiv olması üçün texnologiya mövcud deyil.  İkincisi, İranın qitələrarası raket qabiliyyəti yoxdur.  Və nəhayət bu sistem Moskvaya NATO-nun onun sərhədlərinə doğru genişləndiyinə dair iddialarına bəhanə verirdi.  New York Times redaksiya heyətinin fikrincə Pentaqonun cəld və daha ucuz sensorlar və interseptorları əvvəlcə gəmilərdə, daha sonra quruda yerləşdirməsi sabiq administrasiyanın planlarından daha səmərəli olacaq.  Qəzet habelə aydın edir ki, Rusiya liderləri cənab Obamanın addımlarını diqqətlə izləyir və daim zəif nöqtə axtarışındadır.  Bu üzdən baş məqalə prezident Obamanı gələn həftə Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə mətinlik nümayiş etdirməyə və rusların öz qonşuları ilə pis rəftarına son qoyması yönümündə ciddi mesaj göndərməyə səsləyir.

Washington Post qəzetinin prezident Obamanın siyasətinə reaksiyası bir qədər sərtdir.  Qəzetin baş məqaləsində bildirilir ki, Obama administrasiyasının motivlərindəın asılı olmayaraq, Rusiyada anti-raket sisteminin ləğvi Moskvanın qələbəsi kimi yozulacaq.  Moskva ilk vaxtlardan bu sistemin yerləşdirilməsinin əleyhinə çıxanda qeyri-səmimi arqumentlərə əsaslandırdı.  Əslində Rusiya bu sitemi özünə hərbi təhlükə kimi yox, sabiq Sovet məkanında Qərbın nüfuzunun güclənməsi kimi dəyərləndiridi.  Bu üzdən də baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev artıq bu barədə bəyanatlar verərək özlərini qalib kimi nümayiş etdirirlər.  Əvəzində Obama administrasiyası konkret olaraq ruslardan heç bir güzəşt almayıb.  Anti-raket sisteminin ləğvinin Moskvanın İranla bağlı ABŞ-la eyni mövqedən çıxış etməsinə yönəldiyini düşünənlər isə nəzərə almalıdırlar ki, cəmi bir neçə gün öncə Rusiya aydın etdi ki, o, İrana qarşı sərt sanksiyaların tətbiqini dəstəkləməyəcək.  Nə də ki, Rusiya Gürcüstan və Ukrayna ilə mövqeyinda hansısa yumşalma göstərmir.  Rusiyanın məramı odur ki, sabiq Sovet məkanındakı ölkələri zəiflədərək özü ilə NATO arasında bufer dövlətlərə çevirsin.  Məhz bu səbəbdən də Polşa və Çex Respublikasında Barak Obamanın addımları narazılıq və narahatlıqla qarşılanır. 

Mühafizəkarların National Review gündəlik onlayn məcmuəsinin baş  məqaləsi Obamanın Tehran və Moskvadakı liderlərin üzlərinə təbəssüm gətirdiyini yazır.  Müəllif heyətinin fikrincə Obama administrasiyasının bu addımları Amerika solçularının ideologiyasından qaynaqlanır.  Onlar hələ Ronald Reyqanın prezidentliyi dönəmindən bəri anti-raket müdafiə sisteminin əleyhinə çıxır və daim Amerikanın düşmənlərinə güzəştə getmək mövqeyi sərgiləyirdilər.  Obama administrasiyasının Rusiya barədə heç nə deməməsi isə müəlliflərdə xüsusi hiddət doğurur.  Onların fikrincə zəifliyin görüntüsü təxribata əsas verən faktordur.  Və rəsmi Vaşinqton son addımları ilə Amerikanın Rusiya ilə həmsərhəd müttəfiqlərinə qorxulu bir mesaj göndərib.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Azərbaycan və Ermənistan prezidentləri Münxendə görüşdü

  Başqa xəbərlər
İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı
İran hərbi təlimlərə başlayıb
İsrail lideri Misirdə prezident Hüsni Mübarəklə görüşüb
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available