VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
İranda ana dilində tədris gündəlikdə deyil

23/09/2009

Bu həftə İranda məktəblər açılıb. Bir milyon ikiyüz mini birinci dəfə olmaqla, 14 milyondan çox tələbə və təqribən bir milyon müəllim İran məktəblərində dərslərə başlayıb. Bu o haldadır ki, hele İranın təhsil  naziri yoxdur. İran Parlamentinin bəzi üzvləri isə bundan çox narazıdırlar. Prezident Əhmədinejad bir xanımı təhsil naziri vəzifəsinə namized göstərmişdi amma parlament onun namizedliyini təstiq etmədi.

İranın özəl və dövlət universitetlərində də artıq dərslər başlayıb. Bu il 7 milyondan çox gənc həmin universitetlərdə dərs oxuyacaq. Bu tələbələrin bir milyondan çoxunu, dövlət universitətlərinin birinci kurs tələbələri təşkil edir.   

Prezident seçkilərində, Mahmud Əhmədinejad da daxil olmaqla, namizedlərin ana dilində təhsil çağırışları və vədləri isə bu təhsil ilində başda azərbaycanlılar arasında olmaqla müəyyən gözləntilərə gətirib çıxardıb. Buna baxmayaraq, İrandan gələn məlumatlar ana dilində təhsil yaxud da ana dilinin tədrisi barədə heç bir addım atılmadığını göstərir.

İran dövləti bu il təhsil üçün 250 milyon cild dərslik (kitab) çap edib. Bu dərsliklərin böyük əksəriyyəti Fars dilində olsa da onların içində İngilis, Ərəb və Erməni dillərində kitablar da var.

Başda azərbaycanlılar və  Kürdlər olmaqla İranın qeyri-fars millətlərinin daxildə və xaricdəki təşkilatları keçmiş 80 ildə İran dövlətinin təhsil və onların ana dilləri barədəki siyasətindən narazıdırlar. Məktəblərdə bu il də ana dilində təhsilə imkan verilməməsi münasibətilə etiraz nümayişlərinin keçirilməsi barədə çağırışlara baxmayaraq Azərbaycan vilayətlərində aksiyaların olması  barədə məlumat yoxdur.    

İranda türklərin, türkmənlərin, kürdlərin, ərəblərin, bəluçların və digər millətlərin dillərində təhsilə imkan verilmir. Bu dillər, hazırda İranda məktəblərdə, universitetlərdə, idarələrdə və hətta məhkəmələrdə qadağandır.

İranda bu xalqların dilində qəzet, dərgi və ya kitab nəşrinə də uzun müddət imkan verilmədi. Amma İkinci Dünya  Müharibəsindən sonra, bir  müddət bəzi xalqların öz dillərində məktəbləri oldu. O cümlədən İran Azərbaycanında, Demokrat Firqəsinin bir illik hökuməti vaxdı təhsil Türk dilində idi. O zamandan İranda Türk dilində bəzi kitab və dergilər çap olunub. Amma dərgilər iki dildə olmalıdır. İndi İran Azərbaycanında yüzə yaxın iki dilli qazet və dərgi çap olunur amma hələ məktəblərdə və universitetlərdə, Türk dilində təhsilə imkan verilmir. Buna görə də, Türk dilində mədrəsə İran azərilərinin ən önəmli tələbləridir.

Diqər xalqların dilləri məsələsi İranın son perezident seçkilərinə də öz təsirini göstərdi. Namizedlərin dördü də qeyri-fars dillərin tədrisini müdafiə etdi. Mahmud Əhmədinejad, o zaman universitetlərde yerli dillərdə də iki dərsin tədrisinə göstəriş verdi.

Onun bu göstərişi çoxlu iranlını sevindirsə də indi İrandan gələn xəbərlərə görə dövlət həmin göstərişi icra etmək üçün addım atmayıb. İranın rəsmi xəbər agentliklərinin verdiyi məlumata görə, rektorlar deyirlər ki, universitetlərdə fars dilindən başqa dildə tədris barədə heç bir məlumatları yoxdur. 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available