Uqo Çaves və Evo Morales Nyu-Yorkda “Sərhədin cənubu” filminin premyerasında iştirak edib
25/09/2009
Venesuela
və Boliviya prezidentləri Uqo Çaves və Evo Morales Nyu-Yorkda "Sərhədin cənubu"
filminin premyerasında iştirak edib. Oliver Stonun çəkdiyi filmin nümayişi
Linkoln mərkəzində olub.
75 dəqiqəlik sənədli film yol əhvalatıdır. Venesueladan
başlayan səfər Kubayadək davam edir. Oliver Ston filmdə Argentina, Braziliya, Ekvador,
Boliviya , Kuba və Paraqvay prezidentləri ilə müsahibələrə yer verib. Filmin bu
yaxınlarda beynəlxalq ekranlara çıxacağı gözlənilir.