VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Bakıda qlobal ekoloji problemlər müzakirə edilir

23/09/2009

Bakıda  “Energetika, ekologiya və iqtisadiyyat” adlı beynəlxalq konqres işə başlayıb. Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının,  Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının təşkilatçılığı ilə keçirilən üçgünlük forumda enerji təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və əhalinin təbii fəlakətlərdən qorunması kimi qlobal problemlər müzakirə edilir.

Sənaye və Energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan son on beş ildə enerji idxal edən ölkədən, ixrac  ölkəsinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixrac edir.

Nazir sənayenin sürətli inkişafının ekoloji vəziyyətə təsirlərindən də danışıb və ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı dövlət proqramlarına diqqəti çəkib. Onun dediyinə görə, son illərdə qeyri-neft sektoru 5,7 dəfə inkişaf edib. 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycan hökumətinin qərarlarına uyğun olaraq ənənəvi enerji mənbələri ilə yanaşı ekoloji təminatlı, iqtisadi səmərəli alternativ enerji mənbələrinin inkişafı sahəsində elmi-praktiki işlər həyata keçirilir.

Cənab Kərimov qlobal iqtisadiyyatın inkişafı sahəsində dünya üçün xeyli ekoloji problemlər yarandığını diqqətə çatdırıb. Bu problemlərin qarşısının alınması region və dünya əhalisinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Akademik hesab edir ki, təbii qazın istehsalı və nəqli prosesi zamanı ətrafa yayılan metan qazı atmosferdə bir sıra kimyəvi qaz reaksiyalarının reallaşmasına səbəb olur. Bunun qarşısının alınması üçün Azərbaycan və dünyada elmi tədqiqat işlər davam etdirilir.

Öz növbəsində, müstəqil ekspertlər Azərbaycanda ekoloji proqramların ətraf mühitin sağlamlaşdırılması üçün kifayət etmədiyini bildirir. 

Milli Ekoloji Proqnozlaşma mərkəzinin rəhbəri Telman Zeynalov hökumətin ekoloji siyasətinin strategiyasını bəyənir. Ancaq ekoloji proqramlar iqtisadi inkişafın tempi ilə uzlaşmır. Onun  fikrincə, yalnız paytaxt Bakının ekoloji vəziyyətinin sağlamlaşdırılması üçün azı 5-10 il vaxt tələb olunur.



Download Tapdıq Fərhadoğlunun “Neft və ekoloji problemlər” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Neft və ekoloji problemlər” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
ABŞ Konqresinin Nümayəndələr Palatası səhiyyə islahatları barədə qanun layihəsini  təstiq etdi

  Başqa xəbərlər
İKT Darfura maliyyə yardımı ayırmağa çalışır
Pakistanda terror aktı törədilib
İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır
İran lideri ABŞ-ı tənqid etdi
Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır
İsrail lideri inşaat planlarında güzəştə getmir
BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb
İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir
Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir
ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib
ABŞ Hindistana Mumbay hücumları ilə bağlı pakistanlı amerikalını sorğu-sual etməyə icazə verəcək
Prezident Obama səhiyyə islahatlarının qəbul edilməsinə çalışır
Pakistanda reyd zamanı 3 Taliban üsyançısı həbs edilib