VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Azərbaycan iqtisadiyyatı qlobal rəqabətə davamlıdır

09/09/2009

Ümumdünya İqtisadi Forumu 2009-2010 Qlobal rəqabətə davamlılığa dair hesabatını aşıqlayıb. Hesabatda Azərbaycan 51-ci yer tutub. Ölkə reytinq cədvəlində 4,3 bal toplayaraq 18 pillə yüksəlib. Bu keçmiş sovet respublikaları arasında 35-ci yer tutmuş Estoniyadan sonra ikinci yaxşı nəticədir. Qonşu Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan - 97-ci yer tutub.
Hesabatda Azərbaycan iqtisadiyyatı inkişafın birinci dərəcəsindən ikinci dərəcəsinə keçən ölkələr qrupuna aid edilib. Müqayisə üçün Ermənistan ikinci dərəcəli inkişafda olan ölkə, Rusiya və Türkiyə isə iqtisadiyyatı ikinci dərəcədən yüksək üçüncü dərəcəyə keçən ölkələr kimi qəbul edilir.
Azərbaycan “Əmək bazarının effektivliyi”nə (13-cü yer), “Makroiqtisadi stabilliyə” (27-ci yer), “İnnovasiya potensialı”na (42-ci yer) görə daha yaxşı, “Şirkətlərin rəqabətə davamlılığı” (74-cü yer), “Texnoloji səviyyə” (75 yer), “Bazarın həcmi” (78-ci yer) və “Səhiyyə və ibtidai təhsil” (96-cı yer) göstəricilərinə görə isə pis mövqe tutub.
Ölkələrin reytinqinə İsveçrə başçılıq edir. Maliyyə bazarlarının zəifləməsi və makroiqtisadi stabilliyin azalması nəticəsində ABŞ bir pillə aşağı düşərək ikinci yer tutub. Sinqapur, İsveç və Danimarka lider dövlətlərin ilk beşliyində qərar tutub.
Dünyanın iri iqtisadiyyatı olan Çin 29-cu yerdədir. İl ərzində Çin reytinqdə bir pillə yüksəlib.
Dünyanın ən çox rəqabətə davamlı olmayan ölkəsi Birundidir. Ondan bir qədər irəlidə Zimbabve və Çad gedir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanın qlobal rəqabətə davamlılıq reytinqində yüksək yer almasını son zamanlar iqtisadiyyatın bir sıra sahələrində və qanunvericilikdə dəyişikliklər edilməsi ilə izah edib. Onun fikrincə, reytinq cədvəli bəzi sahələrdə reallığı olduğu kimi əks etdirmir. Belə ki, Azərbaycanın qlobal bazarda neft və neft məhsullarından başqa məhsulları çox azdır. “Biznes sahəsində Azərbaycan brendləri dünya bazarında demək olar ki, yox dərəcəsindədir”, - deyə o qeyd edib.
Bununla yanaşı o, ölkədə biznes fəaliyyətinə başlamağın asanlaşdırıldığını, rəqabət məcəlləsinin qəbul edildiyini deyib.  
 


Download Tapdıq Fərhadoğlunun Qubad İbadoğlu ilə müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun Qubad İbadoğlu ilə müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq sanksiyaların tətbiqinə çalışacağını deyib

  Başqa xəbərlər
Qum tufanı İran Azərbaycanında çoxlu xəsarətə səbəb olub
BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb
Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu
ABŞ dövlət katibi Hillari Klinton Moskvaya səfər edir
ABŞ hökuməti Qırğızıstanda mətbuatın təqib edilməsinə görə narahatlığını bildirib
Rusiya Buşehr reaktorunun bu ilin ortalarında işə düşəcəyini bildirib
İranın müxalifət nümayəndələri azadlığa buraxılıb
ABŞ prezidenti İsrailin yəhudilər üçün inşa planının İsrail-Ərəb sülh səylərinə mane olduğunu deyib
Rusiya və Amerika astronavtları kosmik fəzadan Yerə qayıdıblar
Türkiyə Ermənistanı mühacirlərin deportasiyası ilə təhdid edir
Ədliyyə sistemi və məlumat əldə etmək hüququ  Audio Clip Available
Prezident 72 məhbusu  əfv edib, 1 jurnalist də əfvə düşüb 
İranda 6 etirazçı edama məhkum olub
ABŞ hərbi təyyarələri Şimali Vəziristanda hücumlarını davam etdirir