VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
İranda Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçirilib

08/09/2009

DAKDünya Azərbaycanlıları Konqresi “Güney Azərbaycan milli hərəkatı” mövzusunda konfrans keçirib. Tədbirdə Güney Azərbaycan milli hərəkatının tarixi, İrandakı mövcud durum və milli hərəkatın qarşısında duran vəzifələrdən danışılıb. Müzakirələrdə ziyalılar, alimlər və əsasən gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Çıxışlar zamanı Azərbaycan Respublikası və Cənubi Azərbaycan arasında milli birlik olmasının vacibliyi bildirib. Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bildirib ki, Türk dünyasının birliyi Azərbaycan Respublikası və Cənubi Azərbaycanın milli birliyindən keçir. ”İranda türk dilinə, mətbuatına, təhsilinə qadağa qoyulub. Azərbaycan Respublikasının parlamenti, mediası, siyasi partiyaları, qeyri hökumət təşkilatları Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsinə qalxmalıdır. Son hadisələr göstərir ki, İranda rejim çökür. Bu rejimi heç zaman orada yaşayan 35 milyonluq azərbayanlıları sındıra bilməyib və indi də sındıra bilməyəcək”, - deyə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bildirib.
O qərb dövlətlərini İranla silahla danışmamağa çağırıb. “Azərbaycan Respublikası silahsız, güc tətbiq etmədən Rus imperiyasını ölkədən çıxardı. İranda da silahdan istifadə etmək olmaz. Burada demokratik mübarizə yolu silahdan daha üstündür. Əfqanıstan və İraqda silahın vurduğu zərbə bunu bir daha təsdiq edir”.
Əsas məruzə ilə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, İran süqut ərəfəsindədir. Onun fikrincə, Bütöv Azərbaycan Dərbənddən Xorasanadək böyük bir ərazini əhatə edir. “Bu gün Azərbaycanın bütövlüyünü yalnız Qarabağın qaytarılmasında görənlər səhv düşünür. Hazırda Azərbaycanın kiçik bir hissəsi müstəqilliyini qazanıb. Bütün Azərbaycan əraziləri işğaldan azad edilməlidir”.
 Məruzədə İranda insan haqlarının pozulması, həbsxanalarda zorlamalara da toxunulub. “Həsənabad səhrasında Kəhrizad həbsxanası var. İndi İran rəsmiləri özləri deyir ki, belə səhralıqda insan yaşamaz. Ancaq həmin həbsxanada yüzlərlə Azərbaycan ziyalısına işgəncə verilib. İranın özü bu həbsxanada son hadisələr zamanı 7 nəfərin öldüyünü təsdiq edir”.
Çoxsaylı çıxışlarda Azərbaycan Respublikasında hökumətin, parlamentin, siyasi partiyaların, hüquq müdafiə təşkilatlarının və medianın Cənubi Azərbaycanda, o cümlədən İranda baş verən hadisələrə diqqət yetirməməsi tənqid hədəfi olub. “Cənubi Azərbaycan məsələsi dövlət siyasətində yoxdur, parlamentdə çox az dilə gətirilir”, - deyə Asiya Dialoqu İctimai birliyinin sədri Sevil Nuriyeva qeyd edib.
Dünya Azərbaycanlıları Konqresinin müraciətində isə deyilir ki, Azərbaycanın güneyində Milli Azadlıq Hərəkatı gedir. “Hər il, hər ay, hər həftə, hər gün soydaşlarımız təqib və təzyiqlərə məruz qalır, həbs olunur, işgəncə edilir, dar ağacından asılır. Çünki onlar ana dilində təhsil tələb edir, azad yaşamaq istəyir. Öz tarixi torpağında yaşayan 35 milyonluq Azərbaycan türkünün ana dilində bir dənə belə məktəbi yoxdur. Onlar 80 ildir assimilyasiyaya məruz qalır”, - deyə sənəddə bildirilir.


Download Tapdıq Fərhadoğlunun “İranda Azərbaycan hərəkatı” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “İranda Azərbaycan hərəkatı” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb

  Başqa xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
İranın sabiq daxili işlər naziri vəfat edib
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Turkiyə Mosulda öldürülən türkmən siyasətçisinin qətlini qınayıb
Rumıniyada ikinci raund prezident seçkiləri keçirilə bilər
Əfqanıstanda 4 Amerika əsgəri həlak olub
Hindistanın baş naziri Manmohan Singh rəsmi səfərlə Birləşmiş Ştatlardadır
Filippinin cənub bölgəsinin qubernatorunun onlarla insanın qətlində əli olduğu deyilir
İraq parlamenti seçki qanunlarının təsdiqi səylərini davam etdirib
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
ABŞ Senatı səhiyyə islahatları üzərində debata başlamağa səs verdi
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available