VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
İranda bir neçə azərbaycanlı siyasi fəal həbs olunub

01/10/2009
İsafnəli Hidayət 

İranda məktəblərin açılmasından 6 gün keçdiyi bir zamanda ana dilində təhsili müdafiyə edən bir neçə tələbə həbs olunub. Həsən Ərk, İbrahim Dəşti, Ümid Şükrü və daha bir fəalın tutulması barədə artıq məlumatlar yayılıb.  İran Azərbaycanlı Siyasi Məhbusları Müdafiyə Cəmiyyətinin sözçüsü Yaşar Həkkakpur bu xəbərləri təstiq edərək deyib ki, tutulanların bəzilərinin ailələrini hədələyib və onlara tapşırıblar ki, heç bir yerə xəbər verməsinlər.

Həkkakpur deyir ki, bir həftə əvvəl Təbrizinİttilaat idarəsinin məmurları Həsən Ərk və İbrahim Dəştinin evinə basqın ediblər. Məmurlar evlərdə axdarış aparıb, onların yazılarını, kitablarını, kompüterlərini və digər şəxsi əşyalarını götürüblər. Həsən Ərk və İbrahim Dəştini isə nəzarət altına alıblar. Həmin şəxslərin haraya aparıldığı isə hələ də məlum deyil.

Məmurlar Həsən Ərkin evinə daxil olanda ona bir qərar göstərsələr də qərarın hansı məhkəmənin hakimi tərəfindən və hansı ittihamlar əsasında verildiyi məlum deyil. Həsən Ərk, təbrizli bir siyasi fəal və yazıçıdır. Ərk "Azqala” adlı bir xəbər saytının məsuludur. Uzun zamandan bəri həmin sayta girmək mümkün olmurdu. O tutulmamışdan qabaq Amerikanın səsinin saytla bağlı sualına cavabında bildirib ki,İranın indiki şəraitində saytı saxlamağa imkan yoxdur və ona görədə o saytı dayandırıb.


Həsən Ərk əvvəlcə də bir neçə dəfə həbs olunmuşdu. Ərkin tutulduğu gün İttilaat məmurları İbrahım Dəştinin də evinə gedib və onu da nəzarət altına alıblar. İrandan gələn xəbərlərə görə onun tutulmasını, dostları, qonşuları və yaxın əqrəbaları təstiq edirlər amma onun anası bu xəbəri inkar edir. Ərkin yaxınları bunu məmurların təzyiqləri ilə əlaqələndirirlər.  İbrahimin yaxınlarından biri deyir ki, onu keçən həftə İttilaat idarəsinə çagırmışdılar və getmədiyinə görə İttilaatın murları onu nəzarət altına alıb. İbrahim son vaxtlar Günaz TV-yə müsahibələr vermişdi . İbrahim 3 il öncə tutulmuş, bir il həbsə məhkum olmuşdu. Ümid Şükri də, tutulanlardan biridir. O tələbələr üçün, Türk dilində "Sayan” adlı bir dərgi çap edirdi ki, bu dərgi bir neçə mükafat alıb. Ümid Türkiyədə İzmir Universitetində oxuyurdu.

Cari ayda ana atasını görmək məqsədi ilə İrana qayıdanda sərhəddə onun pasportu əlindən alınıb və o Ərdəbildə həbs edilib.  İranda bu il də məktəblərdə Fars dilindən başqa dillərdə təhsilə imkan verilmədiyinə görə bəzi siyasi və mədəni qruplar tələbələri etiraz nümayişlərinə çağırmışdılar.İran azərbaycanlılarının xaricdəki təşkilatları fəalların belə nümayişlərin qarşısını almaq üçünbs olunduqlarını irəli sürürlər. 

İrandan aldığımız məlumatlara görə Tehranın İslamşəhrində, Mərağada, Miyanada və bəzi digər şəhərlərdə divarlara yazılan yazılarda dövlətin dildə ayrı seçkilik siyasətinə etirazlar bildirilib. 

Bu həftənin əvvəlində Tehran Universitətinin tələbələri də perezident Mahmud Əhmədinejadın əleyhinə nümayişlər keçiriblər.   


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib

  Başqa xəbərlər
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Emin Milli və Adnan Hacızadənın həbsinə dair  narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available