VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Dövlət katibi Klinton ABŞ-ın Sudanla bağlı yeni siyasi kursunu açıqladı

19/10/2009

 

Birləşmiş Ştatlar Sudanla bağlı yeni siyasi kursu açıqlayaraq bildirir ki, ölkədə münaqişənin həlli və milyonlarla insanın əzab-əziyyətlərinə son qoymaq məqsədilə burada dialoq, stimullaşdırıcı təklifələr və təzyiq kimi müxtəlif yollardan istifadə edəcək.  

Bu gün Dövlət Departamentində müxbirlərlə danışan Dövlət katibi Hillari Klinton bildirib ki, Sudandan şimal və cənub arasında gərginliklər, illər uzunu sürən döyüşlər və Darfur regionunda vəziyyətə son qoymaq üçün davamlı səylərə ehtiyac var.  O, Darfurda vəziyyətin ağır olduğunu etiraf edərək, orada baş verən hadisələri genosid adlandırıb, lakin deyib ki,  ABŞ irəliyə üz tutacaq və həll yolu tapacaq.  

Xanım Klinton Birləşmiş Ştatlar Sudan rəsmilərilə danışıqlar aparacağını bildirib və Vaşinqtonun hökumətin fəaliyyətə kesməsini görmək istədiyini vurğulayıb. O bəyan edib ki, Birləşmiş Ştatlar inkişaflardan asılı olaraq stimallaşdırıcı təkliflərin irəli sürülüb-sürülməməsini müəyyənləşdirəcək.  

Hillari Klinton ABŞ-ın hansı təklifləri nəzərdə tutduğunu açıqlamayıb, lakin bu gün açıqladığı bəyanatda prezident Obama bu həftə Sudan hökumətinə qarşı sanksiyaları yeniləşdirəcəyini bildirib.  Prezident kampaniyası dövrü cənab Obama sudanı təcrid etməyə söz vemriışdir.  

Beynəlxalq Müharibə Cinayətləri üzrə tribunal Sudan prezidenti Ömər əl-Bəşiri müharibə cinayətlərində ittiham edib. 
 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available

  Başqa xəbərlər
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available