VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Türkiyə-Ermənistan sərhədi və Dağlıq Qarabağ münaqişəsi


19/10/2009

[insert caption here]Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesi, son dövrlər regionda baş verən dəyişikliklərlə bağlı bəyanatlarla çıxış edib. Prezident Ermənistanın son danışıqlarda qəsdən vaxtı uzatmaq taktikasına əl atdığını və əvvəllər razılaşdırılmış məqamlara yenidən qayıtdığına işarə edib. Dövlət başçısı eyni zamanda, Ermənistanı praktiki addımlar atmağa, işğal altında olan ərazilərdən qoşunları çıxarmağa çağırıb.
Cənab Əliyev bölgədə status-kvonun Azərbaycanın maraqları hesabına dəyişə bilməyəcəyini bəyan edib. Onun fikrincə, bölgədəki hər hansı beynəlxalq layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.
Dövlət başçısı Türkiyə-Ermənistan sərhədləri açılmazdan öncə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini diqqətə çatdırıb. “ Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”-deyə prezident xəbərdarlıq edib.
Prezidentin bəyanatları müxalifətdə olan siyasi partiyalar və müstəqil politoloqlar tərəfindən ciddi tənqidlə qarşılanmayıb. Politoloq Rasim Musabəyov hesab edir ki, hazırda danışıqlar ciddi mübahisələr dövrünü yaşayır. Ermənistan tərəfi aralıq dövrdə referendumun keçirilməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsini istəyir.
[insert caption here]
               İsa Qəmbər
“Müsavat” partiyasının başqanı İsa Qəmbər hesab edir ki, Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması vəziyyəti gərginləşdirir. Onun fikrincə, beynəlxalq birlik münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunması üçün Ermənistana təsir etməlidir. 
Cənab Qəmbər regionda status-kvonun Dağlıq Qarabağ münaqişəsi həll edildikdən, o cümlədən bütün tərəflərin maraqları nəzərə alındıqdan sonra dəyişəcəyini mümkün sayır. Yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılması problemin həlli deyil.
“Müsavat” başqanı eyni zamanda Azərbaycan tərəfini emosional siyasətdən qaçmağa, Türkiyə ilə münasibətlərə xələl gətirən addımlar atmamağa çağırıb. 
Rasim Musabəyov da hesab edir ki, Azərbaycan Avropa Birliyinin, Amerikanın və Türkiyənin bölgədəki maraqlarının ziddinə getməməli, bununla yanaşı, reallıqları da onların diqqətinə çatdırmalıdır.
Rasim Musabeyov
Rasim Musabeyov
Politoloq həmçinin düşünür ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması heç də problemin tam həlli deyil. Bu Ermənistana müəyyən xeyir gətirsə də, ancaq münaqişə həll  edilmədən bu ölkənin kommunikasiyaları açılmayacaq.
“Müsavat” başqanı habelə, Azərbaycanla-Türkiyə arasında qazın qiyməti və tranziti ilə bağlı danışıqların uzadılmasına da münasibət bildirib.  O, iqtisadi məsələni siyasətdən ayırmaq mümkün olmasa da, yersiz siyasiləşdirilməyə yol verməyi də məqbul saymır.
Politoloq Musabəyov  isə Türkiyə-Azərbaycan arasında qazın qiymətləri ilə bağlı danışıqlarda Azərbaycanın mövqeyini bölüşür. Onun fikrincə, bu məsələdə kommersiya maraqları əsas götürülməlidir və hər hansı tərəf məsələni siyasiləşdirmədən digərinin hesabına qazanc əldə etməməlidir.



Şərhlər:

1. Türkiyə-Ermənistan sərhədi və Dağlıq Qarabağ münaqişəsi

Tükiyə bzim müttəfiqimizdir. Amma, bu o demək deyil ki, Türkiyə öz maraqlarını güddüyü halda (bu da normaldır), biz güdməyək. Məncə elə təkcə qazın qiymətini normal qiymətlkərə qaldırmaqla biz onlara başa sala bilərik ki, onlar bizə yox elə biz onlara çox güzəştə gedir və AB-yə onları beynəlxalq proektlərə (BTC və s.) şərik etməklə biz daha çox yaxınlaşdırırıq.
Göndərən: Zohrab Ibn Malik (Azerbaijan)
10-20-2009 - 10:05:25

Download Tapdıq Fərhadoğlunun “Azərbaycan Dağlıq Qarabağı istəyir” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Azərbaycan Dağlıq Qarabağı istəyir” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
İraqda zorakılıqlar qeydə alınır

  Başqa xəbərlər
Qum tufanı İran Azərbaycanında çoxlu xəsarətə səbəb olub
İran məhkəməsi sabiq vitse-prezidenti həbsdə saxladı
BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb
Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu
ABŞ dövlət katibi Hillari Klinton Moskvaya səfər edir
ABŞ hökuməti Qırğızıstanda mətbuatın təqib edilməsinə görə narahatlığını bildirib
Rusiya Buşehr reaktorunun bu ilin ortalarında işə düşəcəyini bildirib
İranın müxalifət nümayəndələri azadlığa buraxılıb
ABŞ prezidenti İsrailin yəhudilər üçün inşa planının İsrail-Ərəb sülh səylərinə mane olduğunu deyib
Rusiya və Amerika astronavtları kosmik fəzadan Yerə qayıdıblar
Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq sanksiyaların tətbiqinə çalışacağını deyib
Türkiyə Ermənistanı mühacirlərin deportasiyası ilə təhdid edir
Ədliyyə sistemi və məlumat əldə etmək hüququ  Audio Clip Available
Prezident 72 məhbusu  əfv edib, 1 jurnalist də əfvə düşüb 
İranda 6 etirazçı edama məhkum olub
ABŞ hərbi təyyarələri Şimali Vəziristanda hücumlarını davam etdirir