VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

 
Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Səfir Nebi Şensoy:Azərbaycanın maraqlarını həmişə olduğu kimi nəzərə almağa davam edəcəyik

23/10/2009

 

Hülya Polat ve Nabi Şensoy
Səfir Nebi Şensoy  türk xidmətinin müdiri Hülya Polatla Amerikanın səsinin studiyasında
Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Nebi Şensoy Amerikanın səsinin türk xidmətinə müsahibəsində ABŞ-Türkiyə münasibətləri, Türkiyə-Ermənistan yaxınlaşması və son zamanlar Azərbaycan və Türkiyə arasında münasibətlərdə gərginliklərdən danışıb. 

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin normallaşmasına dair protokolların imzalanması, Bursada Türkiyə və Ermənistan yığma komandaları arasında futbol matçı, bunun ardınca Azərbaycan və Türkiyədə bayraqlar qalmaqalından sonra Türkiyə rəsmiləri Azərbaycanı iki ölkə arasında qardaşlıq münasibətlərinin pozulmayacağına əmin etməyə çalışaraq bəyanatlar verdi.   

Səfir Nebi Şensoy Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokolların  iki ölkə arasında əlaqələrin yeni bir mərhələsinin başlanğıcı olduğunu bildirərək deyir ki, bu, həm də regionda münaqişələrin həlli, sülh və  təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək. Nebi Şensoy deyir ki,Türkiyə Azərbaycanın maraqlarına zərər vura biləcək heç bir inkişafa yol verməyəcək. "Azəri qardaşlarımız arxayın olsunlar, indiyə qədər olduğu kimi, bu dəfə də onların maraqlarını həmişə nəzərə almağa davam edəcəyik."-deyə səfir bildirib.

Səfir Nebi Şensoy Türkyə və Ermənistan arasında münasibətlərni yaxşılaşmasının Türkiyənin ABŞ-la münasibətlərinə müsbət təsir göstərəcəyini vurğulayır.  Səfir bu günlər ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin ABŞ Senatına təqdim edilməsini məhz bu baxımdan uğursuz bir addım kimi qiymətləndirir."Əslində, bunun bu gün olması uğursuzdur.  Əvvəllər Nümayəndələr Palatasına təqdim edilmiş qətnamə sonra Senata verilirdi.  Bu baxımdan, çox uğursuz bir addımdır.  Çünki önəmli olan Türkiyə-Ermənistan arasında imzalanmış olan protokolların ardınca belə bir sənədin Senata göndərilməsi yanlış bir addımdır."-deyə səfir bəyan edib.

Cənab Şensoy Obama administrasiyasının məsələ ilə bağlı mövqeyini şərh edərək bu ilin aprel ayının 24-də ABŞ prezidentinin bəyanatında soyqırım sözünü işlətmədiyini qeyd etdi. 

Səfir Nebi Şensoyun sözlərinə görə, regionda son inkişaflar Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlərdə bəzən yaranan çətinliklərin həllinə də müsbət təsirini göstərəcək.  

 



E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər
ABŞ Konqresinin Nümayədələr Palatası səhiyyə islahatları barədə qanun layihəsini  təstiq etdi

  Başqa xəbərlər
İKT Darfura maliyyə yardımı ayırmağa çalışır
Pakistanda terror aktı törədilib
İraq baş naziri səslərin yenidən hesablanmasına çağırır
İran lideri ABŞ-ı tənqid etdi
Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır
İsrail lideri inşaat planlarında güzəştə getmir
BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb
İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir
Fələstinlilər İsrail ordusunun 16 yaşlı oğlanı öldürdüyünü deyir
ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib
ABŞ Hindistana Mumbay hücumları ilə bağlı pakistanlı amerikalını sorğu-sual etməyə icazə verəcək
Prezident Obama səhiyyə islahatlarının qəbul edilməsinə çalışır
Pakistanda reyd zamanı 3 Taliban üsyançısı həbs edilib