ABŞ və Cənubi Koreya liderləri Şimali Koreyanı altıtərəfli danışıqlara qayıtmağa çağırmışlar
19/11/2009
Birləşmiş Ştatlar prezidenti Barak
Obama və Cənubi Koreya prezidenti Li Myunq-Bak Şimali Koreyanı nüvə proqramın
dayandırılmasına dair beynəlxalq
danışıqlara qayıtmaq və təhrikçi əməllərinə son qoymağa çağırıb. Bu gün Seulda
müxbirlərlə görüş zamanı cənab Li və cənab Obama Şimali Koreyanı altıtərəfli
danışıqlara qaytaqmaq üçün birgə çalışacaqları barədə razılığa gəldiklərini və artıq
səbirlərin tükəndiyini bildiriblər. Prezident
Obama deyib ki, Şimali Koreya silahsızlaşma istiqamətində ciddi addımlar
atarsa, ona qarşı tətbiq edilən sanksiyaların azaldılması və zamanla beynəlxalq ictimaiyyətə inteqrasiyasını
təmin etmiş olar. ABŞ prezidenti xüsusi
nümayəndəsi Stefan Bosvortun aprel ayında danışıqları boykot edən Şimali Koreya
ilə danışıqların bərpası məsələsini müzakirə etmək üçün gələn ay Pxenyana
gedəcəyini bildirdi.