İran mediasının məlumatında deyilir ki, ölüm cəzasına məhkum edilən iki nəfər -
Məhəmməd Reza Əli Zamanı və Araş Rəhmanpura qarşı hökm icra edilmişdir. İranın Tələbə xəbər
agentliyinin bildirdiyinə görə, həmin şəxslər keçən ilin iyun ayında prezident
seçkilərindən sonra keçirilən etiraz
aksiyalarında iştirak etməkdə günahlandırılmışlar. Onlara qarşı Allaha qarşı
müharibə və silahlı dəstələrin üzvü olmaları da daxil edilməklə, bir neçə ittiham
irəli sürülüb.
İranın Dövlət
televiziyası Press TV isə həmin şəxslərin
2008-ci ildə Şiraz şəhərində 13 nəfərin ölümü
ilə nəticələnən bomba hücumunda əlləri olduğuna görə edam edildiklərini bildirib.