Sadəcə mobil telefonunuzun internet brauzerinə m.voanews.com/azerbaijani yazın və Amerikanın Səsinin xəbər səhifəsinin kiçik ekran üçün optimallaşdırılmış varitantına çıxış əldə edəcəksiniz. Səhifəni bookmark etməyi unutmayın!
İstədiyiniz dili seçin və dünya boyu ən son xəbərləri mobil telefonunuzda alın.
Sual: Amerikanın Səsinə mobil telefonda və ya əldə tutulan simsiz cihazda necə çıxmaq olar?
Əgər internetə çıxışınız varsa, siz Amerikanın Səsinin xəbərlərini demək olar ki, istənilən mobil telefondan və ya simsiz əldə tutulan cihazdan pulsuz izləyə bilərsiniz. Amerikanın Səsini oxumaq üçün sadəcə mobil telefonunuzun internet brauzerinə m.voanews.com/azerbaijani yazın.
Amerikanın Səsinin Xəbər mobil ana səhifəsinə girdikdən sonra onu bookmark kimi əlavə edin ki, növbəti dəfə xəbər saytına giriş daha tez olsun.
Sual: Amerikanın Səsinin mobil cihazlarda tərtibatı necə olur?
m.voanews.com/azerbaijani-da günün baş xəbərlərini oxuya bilərsiniz. Əgər sizi hansısa mövzu xüsusi maraqlarındırırsa, siz Amerikanın Səsinin Afrika, Asiya, Cənubi Amerika, Yaxın Şərq, Avropa və ABŞ haqda xəbər linklərinə daxil ola bilərsiniz.
Sual: Amerikanın Səsinin mobil xəbər xidmətinə çıxış pulludurmu?
Amerikanın Səsi xəbərlərinin mobil variantı oxucularımız üçün pulsuzdur. Mobil telefon provayderləri adətən internetə çıxış üçün pul alırlar. İnternetə çıxış xərcləri haqda məlumat almaq üçün telefon xidmətləri göstərən həmin şirkətlə əlaqə saxlayın.
Sual: Mən m.voanews.com/azerbaijani-a girmişəm, amma mətni oxuya bilmirəm.
VOAMobil.com müxtəlif dillərdə məqbuldur və hər dilə məxsus spesifik hərflərdən istifadə edir. Əgər sizin mobil telfonunuz həmin dilə uyğun mətni cizgiləndirə bilmirsə onda softverdə lazımi təkmilləşdirməni aparmaq üçün mobil telefon xidməti ilə əlaqə saxlayın.
VOAMobil.com-in tərtibatı ən geniş çeşidli cihazlarda sınaqdan keçirilib, lakin mümkündür ki, köhnə cihazlar hazırkı mobil veb standardlarına müvafiq işləyə bilməsin.
Əgər Azərbaycan dilində mətni oxumaqda problemlə üzləşirsinizsə onda bizə konkret problemn haqda məlumat verin. Əlavə olaraq, əgər telefonunuzda başqa dilləri oxuya bilirsinizsə onda bizə məlumat verin ki, hansı saytların mətni korrekt cizgiləndirməsini bilək. VOAMobile.com saytı haqda istənilən şərh və ya sualınızı bizim mobile@voanews.com email ünvanına göndərin.
Zəhmət olmasa mesaja mövcud olduğunuz ölkənin adını, mobil xidmətini və istifadə etdiyiniz mobil cihazın istehsalçısını, model nömrəsini daxil edin.

Amerikanın səsi mobil saytına QR sistemi ilə daha tez daxil ola bilərsiniz. Çevik Cavab anlamına gələn QR (Quick Response) kodları smartphone-ların köməyi ilə deşifrələnə bilən 2D koddur. İlk öncə avto hissələrin izlənilməsi üçün istifadə olunan QR kodlardan son aylarda marketinq və məlumat bazası ilə əlaqədar başqa sahələrdə geniş istifadə edilməyə başlanıb. Bu sistemlə kiçik telefon ekranlarında uzun İnternet ünvanlarını yazmaq çətinliyini aradan qaldırmaq üçün qrafik kodlardan yararlanılır. Amerikanın səsi indi bu texnologiyanı sizin ixtiyarınıza verir.
QR kodundan istifadə üçün 1) mobil telefon və ya İnternetə çıxışı və fotoaparatı olan bir cihaz, 2) QR kodlarını oxuya bilən sistem tələb olunur.
İndiki smartphone-ların çoxu QR kodlarını oxuya bilir. Bəzi telefonlar və başqa mobil aparatlara isə siz özünüz QR kodları oxuyan sistemi yükləməli ola bilərsiniz. Məsələn, iPhone istifadəçiləri bunu iTunes-da “qr reader” axtarışı vasitəsilə; Android istifadəçiləri isə Android Market-ə qoşularaq edə bilərlər. Windows Mobile istifadəçiləri isə telefon istehsalçısının saytından və ya Microsoft-dan telefonlarına uyğun gələn QR oxuyan sistemi tapa bilərlər. QR oxuyan sistemi yükləyəndən sonra bu sistemi işə salıb telefonunuzun və başqa cihazın fotoaparatı vasitəsilə yuxarıdakı QR kodunu skan edərək bir neçə saniyə ərzində Amerikanın səsinin Azərbaycan şöbəsinin yenilənmiş mobil xidmətinə daxil ola bilərsiniz. Amerikanın səsinin yeni mobil xidməti sizə mobil aparatınızla video, audio və qrafiklərə çıxışa, habelə xəbərlər və başqa məlumatları oxumaq imkanı verir.
Siz Amerikanın səsinin QR sistemindən istifadə yolu ilə smartphone-la bizim səhifəyə daxil olub, tekst mesaj, email yazmaq, yaxud spesifik İnternet ünvanına getməyə icazə verəcək kodları skan edə bilərsiniz.
QR kodları barədə əlavə məlumat
Yenicə meydana çıxan QR kodları texnologiyasından faydalanmaq üçün biznes sahibi olmağınız vacib deyil. Amma əgər siz biznesmensinizsə onda bu, sizə məqbul olan xeyli əlverişli və ucuz texnologiyadır. İnsanlar onun müxtəlif istifadə yollarından xəbər tutduqca bu dünyanın sizə aid olan hissəsində geniş yayılmağa başlayacaq. Sadə insanlar QR kodlarını pulsuz əldə edə bilərlər, və başqa adamları yaxud müştəriləri sizin vebsayta, bloqa, biznes sosial media profilinə, məhsul səhifələrinə, məqalələrə, media saytlarına şəxsi Facebook və başqa onlayn sosial şəbəkə saytlarına yönəldə bilərlər. Bu, həmçinin biznes kart funksiyasını daşıyır. Bəzi adamlar artıq QR kodunu əldə etməyə başlayıblar və onu öz biznes kartlarında çap edirlər. QR kodları o deməkdir ki, sizin offlayn məhsulunuzla onlayn informasiyanız arasında körpü var. Bu ikisinin arasındakı məhdudiyyətlər indi aradan qalxır. Bundan əlavə, hara getməyinizdən asılı olmayaraq “smart phone” kimi mobil telefonlarla siz onlaynda hər şeyə çıxış əldə edə bilərsiniz.
QR kodlarının populyarlaşacağına 4 başlıca səbəb
1. Hazırda ABŞ-da təqribən 53 milyon smartphone istifadəçisi var. Dünya miqyasında onların sayı daha çoxdur. Həmçinin, hətta mobil telefonların Java imkanları var və indi onlar QR kodu əldə edə bilir. QR kodu üçün bəhrələnilməmiş böyük bazar var.
2. Bunu əldə etmək və istifadə edmək PULSUZDUR. Siz asanlıqla öz QR kodunuzu əldə edərək bunları reklam materiallarınızda, biznes kartlarında, şirkət məktublarında və mallarda yerləşdirə bilərsiniz. Bundan əlavə, QR kod strategiyasından istifadə etmək və onun effektivliyini ölçmək bütövlükdə ənənəvi marketinq və İnternet marketinqindən daha effektivdir.
3. Siz uzunluq, həcm və yerlə məhdudlaşmırsınız. Ənənəvi reklamın limiti var. Siz əlavə efir vaxtı, əlavə reklam məkanı və əlavə qəzet sütunları üçün pul ödəyirsiniz. Lakin reklamınızı QR koduna yükləməklə sizin reklamda istifadə edə biləcəyiniz informasiyanın hüdudu yoxdur.
4. Öz mobil telefonları vasitəsilə daha çox adam internetə çıxır. Qlobal media məlumat nəqliyyatı simsiz bağlantının, yüksək sürətli internetin və internetə malik mobil telefonların meydana çıxması sayəsində tədricən genişlənir. Opera şirkətinin araşdırmasına əsasən mobil məlumat axını 2010-cu ilin avqustunda 10 faiz artıb. Bu, ötən altı ayla müqayisədə ən sürətli artımdır. Bu üzüyuxarı tendensiya 2007-ci ildə IPhone-nun təqdimatından bəri ardıcıl şəkildə müşahidə olunur.
Dinamik QR kodları nədir?
Normal QR kodları vebsayt ünvanları kimi statik olur, və ona görə də QR kodu skannerdən keçiriləndə siz həmişə eyni vebsayta istiqamətləndirilirsiniz. Əgər siz vebsayt ünvanını dəyişirsizsə və yaxud istəyirsinizsə ki, ilk öncə QR kodunu yerləşdirdiyiniz vebsaytda fərqli sayta istiqamətləndiriləsiniz onda siz yenisini yaratmalısınız və ədəbiyyatınızı yaymalısınız.