İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı tələbə fəallar Behruz Fəridi, Arəş Məhəmmədi və Səyavuş Məhəmmədini həbs edib.

“Media forum” saytının məlumatına görə, hər üç tələbə noyabrın 3-ü səhər tezdən yaşadıqları mənzillərdə tutulub. Mənzillərdə axtarış aparılıb, tələbələrə məxsus kompüterlər və bir sıra digər şəxsi əşyalar götürülüb.

Tələbə fəalların konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.