Amerikanın ali təhsil ocaqlarında tibb fakültələrinə qəbul olunmaq üçün tələbələr əvvəlcə  bioloqiya və kimya kimi tibblə əlaqədar bir sahədə bakalavr dərəcəsi almalıdır. Onlar tibbə  hazırlıq üçün xüsusi institutlarda da oxuya bilərlər. Bəzi tələbələr tibb məktəbinə  başlamamışdan əvvəl tibb və ya tədqiqat müəsisələrində bir-iki il işləyirlər.

Amerikanın 120-dən çox  üniversiteti həkim olmaq istəyən tələbələrə xüsusi proqramlar üzrə dərslər təklif edir. Tələbələr tibb kolleclərinə qəbul testlərindən və ya MCAT-dən keçməlidirlər. Amerika Tibb Məktəbləri Assosiasiyası testləri kompyuter vasitəsi ilə keçirir. Bu testlərdən alınan qiymət məktəbə qəbulda nəzərdə tutulan amillərdən biridir.
Amerikanın tibb məktəblərinə qəbul olmaq üçün hər il 16 000 yerə  35 000  tələbə müraciət edir. Tibb məktəblərində tələbələr ilk iki ilin dərslərini əsasən sinifdə keçir, bədən haqda ümumi məlumatları öyrənirlər. Onlar eləcə də xəstəliklərlə tanış olurlar. Üçüncü il isə tələbələr proqramı xəstəxanalarda, xəstələrlə davam etdirirlər. Onlar xəstəxanada təcrübəli  həkimlərin nəzarətindəki xəstələrin müalicəsində iştirak edirlər. Dördüncü il tələbələr xüsusi proqramlarda iştirak üçün xəstəxanalara müraciət edirlər. Bu onların gələcəkdə işlə təmin olmalarına kömək edir. Xəstəxanalarda təlim keçən tələbələr interna adlanır. Onların təcrubəli həkimlərdən və professorlardan geniş bilik əldəetmək imkanları olur.

Bəzi həkimlər isə tam və geniş təcrübə əldə etmək üçün  xəstəxalatrda uzun müddət çalışırlar. Buna misal  olaraq beyin cərahiyəsini yəni beyin əməliyyatlarını göstərmək olar. Buraya beyin, boyun və kürək daxildir. Həkimlərdən bəziləri  neyro-cərrahlar müstəqil olaraq əməliyyatlar aparmazdan əvvəl xəstəxanalarda 6 və ya daha çox illər çalışırlar.

 
Xatirladaq ki, sizdə Amerikada təhsillə bağlı suallarınızı  Amerikanın Səsinə ünvanlaya bilərsiniz. Suallarınıza  cavab axdarıb adınızı, sualınızı və cavabı efirdə səsləndirəcəyik. Suallarınızı Azerbaijani@VOANEW.com
ünvanına göndərə bilərsiniz.