13 Sentyabr 2008, Şənbə
Roma papası Fransada nitqinə 250 min insan cəlb edib
Roma
papası Benedikt bugün Parisdə 250 min adamın iştirak etdiyi messa keçirib. O, etiqadı olanları materializmi və pula
sevgini rədd etməyə çağırıb. Pontif
Sena çayı sahilində parlaq günəş altında izdihama müraciət edib. O, deyib ki, pul və hakimiyyət sevgisi
bütpərəstliyin yeni növləridir və o, bunu saxta allahlara ibadət etməyə
bənzədib. İzdiham üzvlərinin bir çoxu
dünən gecədən messanı dinləmək üçün çadırda qalmışdılar. 16-cı benedik Parisə 4 günlük səfərdədir. O, həmçinin Fransanın cənubunda Lurd katolik
pirinə getməyi planlaşdırır. Kilsənin
inancına görə bu il həmin yerdə kəndli qızın Bakirə Məryəmi görməsinin 150-ci
ildönümüdür.