Ramazan ayının başa
çatmasını dünya müsəlmanları bu gün bayram edirlər. Müsəlmanlar bayramı xüsusi sübh namazı
ilə başlayırlar. Müsəlman ölkələrində
məscidlərdə izdihamlar səhər tezdən ibadətə toplaşır. Üç günlük bayramın başlanğıcı ayparanın görünməsindən
asılıdır. Səudiyyə Ərəbistanı, Türkiyə,
Əfqanıstan, və Çin də daxil olmaqla, bir çox ölkələrdə Ramazan bayramı bu gün başlayır. İran, Əlcəzair və İndoneziyada isə nahar
məclisləri sabah olacaq. İraqdakı
sünnilər bayramı bu gün, şiələr isə sabah qeyd edəcəklər. Rəsmi Bağdad təriqətlərarası zorakılıqları
azaltmaq məqsədilə hər iki günü bayram elan edib.

