IETLS yazılı imtahandır. Toefl isə əksinə yalnız computer əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın computer versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dollar arasında olur. TOEFL-da olduğu kimi IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.
Sonda nəzərinizə çatdıraq ki, IELTS.org və Toefl.org saytlarından müvafiq imtahanlarla bağlı ətraflı məlumat əldə edə bilərsiniz.
Emil Quliyev

