ABŞ prezidenti Barak Obama insan embrionunun
gövdə hüceyrəsinin araşdırılması üçün məhduyyətlərin aradan qaldırılmasına dair
qanun imzaladı. Prezidentin imzladığı sənəddə gövdə
hüceyrəsinin araşdırılması üçün federal maliyyə fondlarından istifadəyə onun
sələfinin qoyduğu məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Bu gün Ağ Evdə imzalanma mərasimi zamanı cənab
Obama deyib ki, alimlərin inandığına görə gövdə hüceyrələr tibb elminə ağır
xəstəlikləri daha yaxşı öyrənmək və müalicə etmək imkanı verə bilər. O deyib ki, gövdə hüceylərinin tam potensialı
hələ məlum deyil. Cənab Obama
araşdırımaların mübahisələrə səbəb olduğunu etiraf edib, lakin deyib ki, amerikalıların əksəriyyəti
gövdə hüceyrələrinin araşdırılması sahəsində tədqiqatların davam etdirilməsinə
dəstək verib. ABŞ prezidenti ciddi
qaydaların tətbiq ediləcəyini deyib. O, Konqresi gövdə hüceyrələrinin
araşdırılmasına partiya mənsubiyyətindən asılı olmayaraq dəstək verməyi davam
etdirməyə çağırıb.
2001-ci ildə ABŞ prezidenti Corc Buş
vergi ödəyənlərin pulundan insan embrionunun gövdə hüceyrəsinin araşdırılması
üçün sərf edilməsinə qadağa qoymuşdu.Bu
sahədə araşdırmaların tənqidçiləri bildirirlər ki, insan embrionunu tədqiqat üçün
məhv etmək əxlaqiprinsiplərə ziddir. Alimlər isə inanır ki, orqanizmdəki bütün
toxumaların yarandığı gövdə hüceyrələri Alzhaymer və Parkinson,habelə iflicə səbəb olan onurğa sütununda
zədələrin müalicəsinin tapılmasında istifadə oluna bilər.

