ABŞ  Prezidenti Barak Obama  A-H1N1 adlanan donuz qripinin əvvəlcə təxmin edildiyi  qədər təhlükəli olmadığını deməklə yanaşı bunu da qeyd edib ki, virus tezliklə  yayıla bilər. O qripə  yoluxmuş bir nəfərin xəstəliyi çoxlu adama yoluxdura biləcəyini xatırladıb.  ABŞ Prezidenti  əhalini əlini yumaq və  xəstələnmiş uşaqları  evdə  saxlamaq kimi əsas tədbirlərə fikir verməyə çağıraraq  ölkənin ilin sonlarında  güclü qrip sezonuna hazırlanmalı olduğunu deyib .
Bu arada Honq Konqda  Meksikalı turistən  virusun yoluğduğu  300 nəfərin  qaldığı mehmanxanada   qarantin  ləqv edilib.