Rusiyanın Soyuz kosmik gəmisi Beynəlxalq Fəza Stansiyasındakı
kosmonavtların sayını iki dəfə artırmaq
məqsədi ilə fəzaya qalxıb. Fəzada6 ay
qalacaq Kanada, Belçika və Rusiyadan olan üç kosmonavt Rusiyanın Qazaxistada yerləşən Baykanur kosmodromundan bu gün yola düşmüşlər. Onların artıq fəzada fəaliyyət göstərən digər 6
kosmonavtla cümə günü görüşəcəkləri gözlənilir. NASA bildirib ki, Rusiya, Yaponiya, Avropa, Kanada və Birləşmiş
Ştatlardan 5 nəfərdən ibarət gəmi heyəti stansiyada birgə çalışır.

