ABŞ prezidenti Barak Obama
Birləşmiş Ştatlar hökumətinin internet təhlükəsizliyi səylərinin koordinasiya
edilməsi məqsədilə yeni agentliyin yaradıldığını elan edib.Bu gün Ağ Evdə danışan cənab Obama deyib ki,
kibernetik məkanda təhlükələr Birləşmiş Ştatlar iqtisadiyyatı və təhlükəsizliyi
üçün ən ciddi hədələrdən birini təşkil edir.Prezident Obama İnternet təhlükəsizliyi səylərinə rəhbərlik etmək
məqsədilə xüsusi nümayəndənin təyin ediləcəyini bildirib. Həmin şəxs Milli Təhlükəsizlik Şurası və
Milli İqtisadi Şuranın səylərini koordinasiya edəcək.

