Birləşmiş Ştatların Müdafiə Naziri Robert Geyts  İranın may ayında İsraili,  Amerikanın Yaxın Şərqdəki və Avropanın bir hissəsindəki bazalarını  vura biləcək orta mənzilli  ballestik raketi sınaqdan keçirdiyini təsdiq edib. Robert Geyts əldə olunan məlumatdan bu sınağın nailliyyətli  olduğunu oxuyub: “Bu raket 2000-dən 2500 kilometrədək  məsafəni vura bilər.  Mühərriklərdə  mövcud olan bəzi  probemlərə görə  biz, heç olmasa sınaqların indiki mərhələsində həmin raketlərin deyilən mənzilin aşağı pilləsinə çata  biləcəyini fikirləşirik”.

Ağ evin  sözçüsü Robert Gibbs bildirir ki, prezident Barak Obama  İranın nüvə  silahları  və  nüvə silahları texnologiası  əldə etmə səylərinə görə narahatdır. Cənab Gibbs deyib ki, prezident Obama bu proqramlarla məşğul olmağın  İranın təhlükəsizliyini möhkəmləndirməyəcəyinə, əksinə  zəiflətəcəyinə inanır .

Dövlət Katibi Hillari Klinton Kongresə verdiyi ifadəsində  deyib: " İranın nüvə silahları və silahları hədəfə çatdıracaq  sistemə malik olması  Yaxın Şərqdə və  daha geniş regionda silah yarışını qızğınlaşdırar. Bu İranın  təhlüksizliyinə xidmət etməyəcək. Biz inanırıq ki, bu mövqeyimizi dəsdəkləyən güclü amillər var. Eyni zamanda  belə bir nəticənin baş verməsinin əleyhinə olan ölkələrin sayı artmaqda davam edir. Buna görə də biz hətta bu regiondan kənardakı   ölkələrlə də bu barədə ciddi  müzakirələr aparırıq. Bizim məqsədimiz İran rejimini başa salmaqdır ki,  nüvə silahları  proqramına  davam etsə, bunun  İranın təhlükəsizliyinə mənfi təsiri olacaq".

Xanım Klinton deyib ki, "biz İran tərəfdən  bu mühüm məsələdə müzakirələr keçirmək üçün iradə nümayiş etdirilməsini lazım görə də bilərik, görməyə də bilərik, ancaq hər halda diplomatik fəaliyyətlərimizini  davam etdirəcəyik".