Hondurasın hakimiyyətdən salınan prezidenti  Manuel Zelaya və onun devrilməsinə yardım edən Roberto Miçeletti  ölkədəki siyasi böhranın həlli məqəsdi ilə görüş keçirib. Görüş  ABŞ-ın dəstəyi , Kosto Rikanın prezidenti və Nobel mükafatı laureatı Oskar Ariasın  vasitəçiliyi ilə Kosto Rikada təşkil edilib.  San Hoseyə yola düşməzdən əvvəl cənab Zelaya müxbirlərə  müvəqqəti hökumətə hakimiyyəti tərk etməsi üçün 24 saat veriləcəyini deyib. Müvəqqəti hökumətin rəhbəri Robaert Miçeletti isə hakimiyyətin keçidi məsəsləsinin ümzakirə mövzusu olamyacağını bildirib. ABŞ Miçeletti hökumətini tanımaqdan imtina edir. Manuel Zelaya iyun ayının 28-də hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdı.