ABŞ Dövlət  Departamenti Kuba ilə mühacirət məsələlərinin müzakirəsinin bərpasını təsdiq edib. Dövlət Departamentinin bildirdiyinə görə, Kuba təmsilçiləri ilə ABŞ-Kuba miqrasiya razılığının həyata keçirilməsi yolları bu gün Nyu-Yorkda müzakirə edilir. Departamentin bəyanatında deyilir ki, iki ölkə arasında təhlükəsiz, qanuni  və nizamlı miqrasiya müzakirələrin diqqət mərkəzindədir. 

Miqrasiya ilə bağlı danışıqlar prezident Corc Buşun hakimiyyəti dövründə, 2003-cü ildə dayandırılıb. 

May ayında ABŞ hökuməti prezident Barak Obamanın  Kuba ilə münasibətlərin normallaşdırılması səylərinin bir hissəsi olaraq, müzakirələrin bərpasına çağırmışdı.  Aprel ayında ABŞ dövlət başçısı Kubaya səyahət məhdudiyyələrini yüngülləşdirmişdi.