Sual: Sizdə olan məlumatlara görə, Səid Mətinpurun səhhəti necədir? Ümumiyyətlə onunla əlaqə saxlamaq mümkün olurmu?
Cavab: Səid Mətinpur 2007-ci ilin may ayında həbs edilmişdi. Həbsdə qaldığı 9 ayın 7-ni təkadamlı kamerada keçirdiyi üçün cənab Mətinpur ailəsi ilə hər hansı bir telefon təması qura bilməmişdi.Hətta ailəsi onun harada olması və hansı ittihamlarla üzləşdiyini də bilmirdi.Hazırda onu iki ittihamla üzləşdirdilər: Milli Təhlükəsizliyi pozmaq və xarici dövlətlərlə əlaqə qurmaq. Ona 8 il həbs cəzası verdilər və dedilər ki, onlar İranda məxməri inqilab etməyə çalışıb. Ancaq onun fəaliyyəti heç vaxt siyasi olmayıb. O həmişə İranda azərbaycanlıların insan haqları, ana dilində təhsilin zəruriyyəti məsələsini qaldırardı. Bunlar isə rejimi qorxudurdu.
Cavab: Doğrudur, Səid bəy Mətinpur 8 illik həbs qərarına etiraz etmişdi. Onlar cavab gözlədiyi bir vaxt Məhəmmədəli Dahıdxaxı da İranda seçkilərdən sonra yaranan olaylarla bağlı həbs etdilər. Nəticədə Mətinpur vəkilsiz qaldı, məhkəməyə çağırıldı və həbs edildi. Hazırda onun ailəsi başqa bir vəkillə danışıb. Vəkil əsasən Səid bəyin səhhətinin ağır olması və tibbi yardım alması ilə bağlı müraciətlər ilə məşğuldur.


