Venezuela prezidenti deyir ki, ABŞ Latın Amerikasında hərbi mövcudiyyətini artırmağa başlayandan bəri Rusiya və Belarus kimi dövlətlərlə tellərin mühümlüyü artıb.  Huqo Çavez ABŞ-la Kolumbiya arasında bağlanmış sazişi əsas gətirərək müttəfiq dövlərlərlə əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib.  ABŞ hazırda Kolumbiya ilə anti-narkotika əməliyyatları məqsədilə istifadə üçün 7 baza üzərində danışıqlar aparır.  Kolumbiya və ABŞ rəsmiləri narahatlığa əsas olmadığını deyirlər.  Prezident Çavez bir ay ərzində Rusiya və Belarusa səfər edəcəyini bəyan edib.