ABŞ dövlət
katibi Hillari Klinton Latın Amerikası ölkələrini əmin etməyə çalışıb ki,
Kolumbiya ilə hərbi əməkdaşlıq ABŞ-ın Cənubi Amerikada hərbi bazalar yaratmaq
istəyi demək deyil. Dövlət Departamentində danışan xanım Klinton Kolumbiya ilə
hərbi razılığın Amerika qüvvələrinə o ölkənin bazalarına daxil olmaq imkanı verdiyini,
lakin hərbi obyektlərin nəzarəti,
komandanlığı və administrasiyasının Kolumbiyanın ixtiyarında qaldığını deyib.Hillari Klinton razılığın yaxın gələcəkdə
yekunlaşdırılacağını bildirərək, sənədin yalnız iki ölkə arasında hərbi
əməkdaşlığı nəzərdə tutduğunu vədigər
ölkələrlə heç bir əlaqəsi olmadığını bəyan edib.

