Anna Vintour  “Vogue” jurnalının beyni adlandırılır. Bunu yenicə istehsal edilən sənədli film “Sentyabr buraxılışı”  bir daha sübut etmiş olur. Stilistlər və dizaynerləri bir araya gətirən filmin nümayişi Nyu-York şəhərinin Müasir İncəsənət muzeyində baş tutub. 

Qonaqlar arasında kino-aktrisa Rene Zilveqer, Şan Diddi Komb, Melania və Donald Tram, habelə jurnalın cildini bəzəyən Sienna Miller kimi məhşurlar olub. 

Sənədli film “Vogue”-un  2007-ci il sentyabr buraxılışının başa çatdırılmasına yardım edən işçi heyətindən bəhs edir. Bu, “Vogue”-un 117 illik tarixində ən böyük nəşri olub.