Birləşmiş Ştatlarda keçən il tələbələr dərsliklər
üçün orta hesabla 700 dollar xərcləyib. Milli Universitet Dükanlarının
Assosiasiyasının hesabatına görə, dövriyyədə 5 milyard dollarlıq dərsliklər və
kurs materialları var. Assosiasiya sözçüsü Çarlz Skmidt deyir ki, elektron
kitabların satışı hazırda 2-3 faiz təşkil edir. Ancaq onun fikrincə bu
göstərici 2012-ci ilədək 10-15 faizə çata bilər. Məşhur universitet dərslikləri çoxunun indi
online versiyası mövcuddur. Elektron dərsliklər yeni normal dərslikdən 2 dəfə
ucuz başa gəlir. Ancaq tələbələr semestr bitəndən sonra bu dərsliklərə çıxışını
itirir. Bununla yanaşı, bu dərsliyin yanlız bir vasitədə yerləşdirilməsi mümkün
olduğundan onu başqaları ilə bölüşmək olmur.
Bəs görəsən tələbələr elektron kitab barədə
nə düşünür? Şimal-Şərq Missuri Ştat Universitetinin
administratorları bu suala cavab tapmağa çalışıb. Bu ilin əvvəlində onlar 20
dərs üzrə 500 tələbəni sorğuya cəlb edib.
Bu universitet qeyri-adidir. Universitet
7000 əyani tələbəsini komputerlə təmin edir, həm də tələbələrdə elektron
kitabları almağı tələb etmir. Pula qənaət üçün onlara bu kitablar icarəyə
verilir.
Sorğunun nəticələri göstərib ki, kitabları
internetdən yükləməl asa olub. Onlar yüngül kürək çantalarının daşınması
ideyasını dəstəkləyib. Və respondentlərin 56 faizi deyib ki, onlar üçün
informasiya əldə etmək daha asan olub.
Ancaq çoxları elektron dərsliklərdən
istifadənin onların təhsil vərdişlərini dəyişməyəcəyini düşünür. 60 faiz
respodnent hesan edir ki, onlar adi kitablardan istifadə edərkən daha çox
oxuyurlar. Ancaq sorğuya görə, qiymətin ucuzluğunun böyük təsiri ola bilər.
Sorğuda iştirak edənlərin 55 faizi deyir ki, onlar elektron kitablardan
istifadəyə üstünlük verir.
Rocer
Von Holzen Şimal-Şərqi Missuri Ştat Universitetində İnformasiya Texnologiyası
Mərkəzinin rəhbəridir. Onun sözlərinə görə, administratorlar hazırda elektron
kitabların mövcudluğundan məyus olublar, çünki onların çoxu interaktiv deyil.
Fikrimcə bu növ kitablara video, fəaliyyətlər, oyunlar əlavə ediləndən sonra
istifadədə artım müşahidə olunacaq. Texnologiya inkişaf edir. Ancaq hazırda bu
kitabların çoxunda ekranda yalnız sözlər yazılır.