Venesiyada beynəlxalq kino-festivalda iranlı rejissor Şirin Neşat İranda qadın hüquqlarına həsr edilmiş filmini nümayiş etdirib.  

Filmdə hadisələr 1953-cü ildə cərəyan edir.  Lakin rejissor özü deyir ki, o vaxtı hadisələrlə indiki vəziyyət arasında bir paralel var. 

“Women without Men” adlı kino-film dörd müxtəlif qadının hekayəti əsasında qurulub.  Burada qadınların azadlıq uğrunda mübarizəsi təsvir edilir.  

Şirin Neşat deyir ki, İranda demokratiya və qadın hüquqları uğrunda mübarizə bir-birilə bağlıdır. O, qadınların İranda bu il iyun ayında seçkilərdən sonra siyasi proseslərin önündə getdiyini qeyd edib.