İsveçrədə Sürix kino-festivalının təşkilatçıları quruluşçu-rejissor Roman Polanskinin ABŞ-ın 1978-ci ildə həbs orderinə əsasən saxlandığını bildirirlər. 76 yaşlı Polanski polis tərəfindən dünən saxlanıb. 

Roman Polanski İsveçrəyə kino ustası kimi yaradıcılığına görə mükafat almaq üçün səfər etmişdi. O, 1971-ci ildə 13 yaşlı qızla qeyri-qanuni seksual əlaqədə olmaqda ittiham edilmişdi.  

1978-ci ildə məhkəmə qarşısında çıxarılmaq təhlükəsi qarşısında Polanski Fransaya qaçmışdır.  O, 31 ildir qaçaqdır. 

Polanski Fransada anadan olmuş və kiçik yaşlarında ailəsi ilə birlikdə Polşaya köçmüşdür.  O, 2003-cü ildə “Pianoçu” filminə görə Oskar mükafatına layiq görülmüşdür.  Lakin mükafatı almaq üçün Birləşmiş Ştatlara gələ bilməmişdir.