İraq polisinin bildirdiyinə görə, bu
gün Bağdadın cənubunda avtobusa yerləşdirilimiş bomba partlayışı nəticəsində 6
nəfər ölüb, iki nəfər yaralanıb. Son iki
ildə İraqda zorakılıqların azalmasına baxmayaraq, yaraqlılar hələ də hücumlarını
davam etdirməkdədirlər. Birləşmiş Ştatlar hərbi qüvvələri isə dünən İraqın Teyk-van-do komandasının idmançılarının 2006-cı ildə oğurlanmasına və
qətllərinə dair istintaqla bağlı son inkişafları açıqlamışdır. Hərbi qüvvələrin
məlumatında eləcə də bildirilir ki, hadisə ilə əlaqədar sübhəli bilrinən şəxs
həbs edilib.

