Bakıdakı İsrail və ABŞ səfirliklərinə hücum planlaşdırmaqda ittiham olunan altı militanta hökm oxunub. Məhkəmə  planlaşdırılan hücumlardakı rollarına görə iki Liviya vətəndaşına  15 il azadlıqdan məhrum etmə cəzası verib. Onlar ABŞ və İsrail səfirliklərinə əlavə olaraq  Azərbaycanda bir radar stansiyasına qarşı hücum planlaşdırmaqda təqsirli  görülüblər. Məhkəmə planlaşdırılan hücumlarda rolu olan dörd  Azərbaycan vətəndaşına da 12 ildən 15 ilə kimi müxtəlif həbs cəzaları verib.  Məhkəmənin nümayəndəsi  qrupun  Hizbullah və əl-Qayda ilə əlaqəsi olduğunu söyləyib.