Çin məhkəməsi iki uyğurun ölümünə yol açan qarşıdurmada ittiham edilən iki şəxsdən birini ölüm, digərini isə ömürlük həbs cəzasına məhkum edib. Çinin Sunxua xəbər agentliyinin məlumatında deyilir ki, digər 9 müttəhim 5-lə 9 il arasında azadlıqdan məhrum edilib.

Çin hanları ilə uyğurlar arasında dava Guandong vilayətindəki zavodda iyun ayının 26-da baş vermişdi. Hadisə Urumçi şəhərində etirazlara səbəb olmuşdu. Qiyam zamanı 184 nəfər həlak olmuşdu.