Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Pekində bir araya gəlmişlər
Qlobal iqtisadi böhran və maliyyə məsələlərinin
müzakirəsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri bir araya gəlib. Şanxay
Əməkdaşlıq Təşkilatına üzv ölkələr – Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan,
Tacikistan və Özbəkistan liderləri bu gün Pekində bir araya gəlmişlər.
Regional
təhlükəsiz Təşkilatının bu dəfə müzakirələrinin diqqət mərkəzində iqtisadi böhran məsələsi yer alıb. Bağlı qapılar arxasında keçirilən
danışıqlardan sonra Çinin baş naziri Ven Ciabao dövlət televiziyası ilə çıxış və
deyib ki, o, regionda sülhün bərqərar edilməsi və rifah halının
yaxşılaşdırılması məqsədi ilə təşkilata
üzv ölkələrin əməkdaşlığını
dərinləşdirəcəyinə inanır. O, yığıncaq iştirakçılarının qlobal iqtisadi böhranın
aradan qaldırılması və çoxsahəli əməkdaşlığın məhkəmləndirliməsiplanı təklifetdiklərini deyib. Təşkilat üzvləri nəqliyyat və
telecommunikasiya sahələrinə yardım üçün fond yaradılacağına söz veribər.
Şanxay Əməkdaşlıq Təşkilatında rəsmi müşahidəçi statusuna malik olan Hindistan,
İran, Monqolustan və Pakistanın nümayəndələri iştirak edib.
İranı tədbirdə Rusiya və Çin liderləıri ilə görüşü
planlşdırılanbirinci vitse-prezident
Reza Rəhimi təmsil edib.