Qırğızıstan prezidenti Kurmanbek
Bakiyevin islahatlar çağırışlarından
sonra baş nazir də daxil edilməklə,
Nazirlər kabineti bütövlüklə istefa
verib. Cənab Bakiyev bu gün istefa müraciətlərini qəbul etdiyini bildirib və deyib ki, baş nazir
vəzifəsinə namizəd onun Ak Jol partiyası təklif edəcək. Baş nazir İqor
Çudinovun nazirlər kabineti2007-ci ildən
hakimiyyətdə idi. İqor Çudinov yeni baş nazir təyin edilənə qədər vəzifəsini icra
edəcək.

