Bağdadın mərkəzində 150-dən çox
insanın ölümünə səbəb olan ardıcıl bomba
hücumlarının məsuliyyətini hadisədən iki gün sonra Əl-Qaidənin İraqdakı qrupu
öz üzərinə götürüb.
Partlayışlar zamanı İraqın iki hökumət binası – Ədliyyə Nazirliyi və Bağdadın Bələdiyyə Hökumətinin Komnada Mərkəzi sıradan çıxmışdı. Həmin bu qrup avqust ayında 95 nəfərin ölümü ilə nətcələnən iki intiharçı hücumunın da məsuliyyətini öz üzərinə götürmüşdü.
raqın baş naziri Nuri Əl-Maliki Səddam Hüseynin "Bəs"
partiyasının üzvlərinə işarə edərək, hücumu törədənlərin beynəlxalq tribunal
qarşısına çıxarılmalı olduğunu demişdi. İraqın daxili işlər naziri Əbdül Qadir
Məhəmməd Cassem bazar günü həyata keçirilən bomba hücumlarında İraqın xarici işlər
nazirinin avqust ayı hücumlarına görə günahlndırdığı Suriyanınadını çəkməmiş, lakin hücumların xaricdən idarə olunduğunu deyib. Daxili
işlər naziri hücumulara təlimlər və
dəstəyin İraqdan xaricdə verildiyinivə
İraq hökumətinin hücumların hansı qrup tərəfindənmaliyyələşdirdiyini müəyyən etmək üçün
təhqiqat apardığını bildirib.

