Demokratların Milli Komitəsinin sədri, Virciniya ştatının hazırkı qubernatoru Tim Keyn seçkilərin nəticələrinin milli əhval-ruhiyyədən qaynaqlanmadığını deyib. Keyn bildirib ki, prezident Obamanın Virciniya və Nyu Cersi ştatlarında reytinqi 2008-ci il seçkilərində əldə etdiyi səslərdən daha yüksəkdir. Virciniya ştatında qubernator seçkilərində respublikaçı Bob Makdonnel, Nyu Cersidə isə respublikaçı Kris Kristi qələbə qazanıb.

