Sistan-Bəlucistan vilayətindəki hücumda əli olmaqda şübhəli bilinən 3 iranlı Pakistanda həbs edilib
Pakistan rəsmilərinin açıqladığı
bəyanatda deyilir ki, keçən ay İranın cənub-şərqində 42 nəfərin ölümü ilə
nəticələnən hücumda əli olmaqda şübhəli bilinən üç iranlı həbs edilib.
Təhlükəsizlik rəsmiləri şübhəlilərin bu gün Pakistanın İranla sərhəddəki Bəlucistan
vilayətində ələ keçirildiklərini bildirmişlər. Keçən ay İranın Sistan-Bəlucistan vilayətində
həyata keçirilən hücumun məsuliyyətini Pakistandakı "Cundulla" adlı qrup öz üzərinə götürmüşdü. İran
rəsmiləri Pakistanı həmin qrupa dəstək verməkdə ittiham etmiş və bu da iki ölkə
arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olmuşdur. Pakistan isə bu ittihamları rədd edərək, bu
hücumda məsuliyyət daşıyanların ələ keçirilməsində İrana kömək edəcəyini
bildirmişdir.
Pakistan rəsmilərinin açıqladığı
bəyanatda deyilir ki, keçən ay İranın cənub-şərqində 42 nəfərin ölümü ilə nəticələnən
hücumda əli olmaqda şübhəli bilinən üç iranlı həbs edilib. Təhlükəsizlik
rəsmiləri şübhəlilərin bu gün Pakistanın İranla sərhəddəki Balucistan
vilayətində ələ keçirildiklərini bildirmişlər. Keçən ay İranın Sistan-Balucistan vilayətində
həyata keçirilən hücumun məsuliyyətini Pakistandakı Cundulla - "Allahın Əsgərləri"
qrupu öz üzərinə götürmüşdü. İran rəsmiləri Pakistanı həmin qrupa dəstək
verməkdə ittiham etmiş və bud a iki ölkə arasında münasibətlərin daha da
gərginləşməsinə səbəb olmuşdur. Pakistan isə bu ittihamları rədd edərək, bu
hücumda məsuloiyyət daşıyanların ələ keçirilməsində İrana kömək edəcəyini
bildirmişdir.